Məscidin
Nabələddim, mən oldum sənə bələd,Kantardan rast oldu yolu Məscidin.Qasım otağıdır hər bir hücrəsi,Behiştin bağıdır dalı Məscidin.
Ədalət zənciri çəkilib ərşdən,Hüseynalı xanı getsin behiştə,Pənah xan da gərək olsun bu işdə,Vurulub Irana teli Məscidin.
Mərmərdən kərpici, çindən suvağı,Həzrət Xızıra badə verdi saqi,Hazır oldu imam Məhəmməd Tağı,Çarhovuz üstündə gülü Məscidin.
Qüsur yoxdur Məhəmmədin dilində,Quranında, ayəsində, dinində,Mömin ağlar Aşuranın günündə,Abi-leysan olub seli Məscidin.
Qul Ələsgər deyər, Abbasqulu xan,Sakinim Göyçədir, bilginən pünhan,Sənə kömək olsun qadiri-sultan,Dörd yerdən qurşanıb beli Məscidin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-mescidin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
از غیر تو مردانه بریدیم و گذشتیم
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
VarFeyruz, söylə İstambul paşasına,Qarabağın çox dəyərli adı var.