İbtida "əlif"dən dərsim almışam,Ələst aləmində demişəm "bəli".Həqiqətdən iki gözəl sevmişəm,Birisi Məhəmməd, birisi Əli.

Əlidən dərs aldım, eylədim əzbər,Ərşin sütunudu, yerlərə ləngər.Fatimeyi-Zəhra, şafeyi-məhşər,Onu seçdim gözəllərin gözəli.

Həsən əl-müctəba, çoxdu şövkəti,Ərşin güşvarəsi, yerin zinəti,Məhşər günü darda qoymaz ümməti,Əsğər qucağında şah Hüseyn gəli.

Xaliqi-ləmyəzəl vahid əl-yektay,Qüdrətindən kamal verib mana pay.Oxu "əlif", "ğeyn", eylə haqq-say,Arif seçər əbcəd ilə cəm əli.

Günahım dəryadı, özüm qanmışam,Tutduğum işlərə çox utanmışam,Püşti-pənahına daldalanmışam,Adım Ələsgərdi, əslim – göyçəli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви