Daş
Yarıçılpaq,Qədim insanDüşməninə bir daş atdı,Qana batdı.Daş düşmədiAmma yerə,
Uçub getdiÜfüqlərdən üfüqlərə.Deməyin ki, daş yox olduDaş çevrilib bir ox oldu.Oldu qılınc,güllə,mərmi.Dayanmadı fikir kimi.Atom oldu.Meridianı qırıq-qırıq,Arzuları zərrə-zərrə,Okeanı para-paraEdib keçdi...Həmin o daşİndi yenə dayanmayır,uçur hara?O, neytron, elektron –Dönübnələr,nələr olur.Alov olur,ölüm olur,zəhər olurEy həməsrim,Həqiqətin qan qardaşı,Dayandıraq olmazmı, de,Yarıçılpaq,yarıvəhşi,Qədim insanatan daşı?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-das
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Bir yaraEşq odunnan ataş alıb yanırım,Arzuhalım yetirsəniz bir yara.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.