Yeraltı dünyada
Olmamışdan yer altındaO cür nəhəng metroda mən,Heç xəbərim yoxdu qəti,Mənalı bir şeir kimiO sehirli dərinlikdən.Yer altına girənlərləEndim şeirin təkinə mən,(Başım üstə yer ilə göy)Çox çəkinə-çəkinə mən.Endim burda mənzil quranƏsrlərin diyarına.Bir hay çəkdim,səsim çatdı
Qaranlığın divarına,Səsim çatdı,tez qayıtdıgeri yenə,Keçmiş ilə bu dünyanınsərhəddinə.İşıq saldıelektrik fanarımızOd axtaran,od tapmayanİlk insanın həsrətinə.Sonra alov tapan zamanDoğmuş odlu heyrətinə.Əsrlərin üzəriyləBu əcayib pillələrləBiz enirik.Kaha dərin...Çaş-baş olub əsrlər də,Biz irəli gedə-gedəBəzən geri çəkilirik,Axırından başlayaraqYaşamağa əsrləri.Əsr var ki, qırıq-qırıqƏsr var ki, çilik-çilik,Əsrlərin üzəriləEhtiyatla yeriyirik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-yeralti-dunyada
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Xerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmazRiyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun