Tiflisə axşam düşür...Ağır-ağırqar yağır.Fənərli fayton keçirOrda-burda arabir.

Səbuhi asta-astaİşdən evinə gedir.Paqonlu çiynində qar,Bir də qəm yükü Şərqin.O, qoynunda yeriyirAğır düşüncələrin."Nə yaratdım?""Nə etdim?"Yenə deyir o bu gün.Vurur hər axşamkıtəkÖmrə qısa bir yekun.Şərqin dərdi ağırdır;Şərqin çiynində dağlar...Bu dərd Günəşin olsaGünəş özü dağılar.Zülmün qılıncı iti,Həm də haçabaşlıdır.Çarla şahda nə fərq var;Adlar başqa-başqadır.Puşkinlərin döşünəMedal əvəzinə çarGüllələr vurduranda,Gavan LermontovlarıSürgünə qovduranda,Ərşə dayaq olandaVerdiyi zülmü şahın,Yolu görünməyəndəÜfüqlərdə sabahın,Nə eləsin sənətkar?Onun qələm adlananBircə silahı vardır.Qəzəblənir Səbuhi,Yeyin-yeyin yeriyir.Fikrən nəsə yaradır,Sanki qar üstə düşənLəpir deyil,xəyalən,

Ayaqlayıb keçdiyiZərli paqonlarıdır.

– "Nə etdim?"Nə yaratdım?"Yenə deyir o bu gün.Vurur hər axşamkıtəkÖmrə qısa bir yekun.Ədəbiyyat da gərəkMənasını dəyişsin."Ahü-fəğan" yox olsunSöz zamanla döyüşsün.Sızıltıyla ağlayan"Şeydayi-bülbül" nədir?Qəzəllərdə yıprananƏtirsiz və qoxusuzQalaq-qalaq gül nədir?Qəzəlxanlar ordusu –Əl atsa da "qılınca",Vuruşacaq SəbuhiSon nəfəsi qalınca.Səbuhi addımlayır,Ürəyində qəzəblə,Hiddət ilə gülərək,Tapdayıb qarı bərk-bərk.Ləpirlər düşür qaraAyağı altda qalmışKöhnə şeirin gərəksizXəzan yarpaqlarıtək.

Gedir Səbuhi, gedir...Şərqin mövhumatını,Şərqin təriqətini,Münəccim və müəzzinŞərqini əzə-əzə,Dərdlərə dözə-dözə,Gedir Mirzə Fətəli...

Hələbin,Hindistanın,Marağanın,TəbrizinDərdinə yana-yana.İstəyir ki, bütün ŞərqQalxa,Dura,Oyana.Yeriyir... hər ləpiriZülmə dəyən zərbədir.İstibdad dünyasınıSilkələyib tərpədir.Gedir Səbuhi, gedir.Qar kəsibdir...Ayazdır...Qar oturubdur yenə.Ay çıxır, nuru düşürKüçələrə,Evlərə.O sevinir bu nura,Havanın saflığına.Ağaclar arasındanİndi gedib içindəYazıb-yaradacağıEvi görünür ona.Sanki ayaqlarınıİndi qar üstə deyil,Qoyur ağ üfüqlərə.İdrakı, gözü, könlüQərq olur şəfəqlərə.O sevinir...Tələsir...Uşaqtək yumruqlayırKöksünü tez-tez ürəkO tələsir...

Bir azdanQarlı pillələr üstəGörünür ləpirləriKarvanqıran yolutək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов