Nə xoşbəxt imişəm bir zaman, Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah,Xəbərim olmayıb bu səadətdən.Nə xoşbəxt imişəm,nə xoşbəxt,xoşbəxt!Bu gün eşitmişəm bunu həsrətdən.Niyə yazmamışam o zaman, Allah,Əlimə qələm də gəlməyir indi.De, niyə aradan küləklər əsir?Aramız, de, niyə belə sərindir?İçdiyim o su da səadət imiş,İşə getməyim də, qayıtmağım da.Ona baxmağım da xoşbəxtlik imiş,Onu yuxusundan ayıltmağım da.Dünya başdan-başa səadət imiş,Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,Bəs indi nə olub belə dayanmış?Göylər səadətin çətiri imiş,Torpaq da səadət məhvəri imiş.Gecələr toranlı vüsal məskəni,Hər səhər,ruhumun səhəri imiş.Dilin quruyaydı sənin, ay həsrət,Sən bu gün könlümü tarımar etdin.Ya bunu vaxtında deyəydin mənə,Ya da ki lal olub heç dinməyəydin.Dünya başdan-başa səadət imiş,Görəsən, heç bir də olarmı yenə?Dünya başdan-başa nə imiş dedin?Dünya başdan-başa nə imiş, de nə?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-ne-xosbext-imisem-bir-zaman-allah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yığılın əhbablar, yaran yoldaşlar,Bir sağalmaz dərdə düşdüm bu gecə.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəmFələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Könül, üşşaq qanın çox töküb ol tiği-əbrulərKönül, üşşaq qanın çox töküb ol tiği-əbrulər,Haçan, bilməm, gəlir rəhmə cəfadən yari-bədxulər.