Bir-birindən xəbərsiz dahilər
Cavandılar,O qədər dəkəmsavad deyildilər.Bir-birlərinə tez-tezYapışqanlı tərif deyirdilər:– İstedad!-Qəşəng!– Bəh-bəh!– Sağlığına bir qədəh!Ayrılırdılar.Hərə elə o dəqiqəvaxtlı-vaxtındaO biri haqqındaQaşqabaqlı,Büzülmüş dodaqla,Yellənən başla,Dartılmış qaşlaDeyirdilər: - Əclaflara bir bax,Yalançı sorraflara bir bax.Düz adamsınızsa siz,Niyə bilə-biləMənə dahi demirsiniz?Hamısıbir-birlərini pislərdi.Özlərini isədahi hiss edərdi.
Beləliklə,yeddi Allah,yeddi axmaq,Yəni on dörd miyanəMəclisəHamıdan tez gələrdilər.Yerlərini bilərdilər."Keçin başa" deyiləndəSəfərbər baxışları iləbərk tutduqlarıstula tərəf yüyürərdilər,bir-birinə dəyərdilər.Sağlıq deyiləndəYeddisi də qız kimi qızarıb,Göyə öyrənmiş başlarınıYerə əyərdilər,Gözləyərdilər.İdman tapançasınınatəşini gözləyənyürüşçü kimigözləyərdilər.Düşünərdilər:– Seçilməsəm, ah,batar, gedər tamam adım.Baş qaldırandagörərdilər ki,Dahi olmayan oğlunun biridahi olmayantamadadı.Nəhayət,günlərin dahiyanə bir günündəBir yerə baxıb, bir göyəBu onun,o bunun işini bilməsin deyə,Bir-birinə xəbər də vermədənAyrıldılar,getdilər,Müstəqil dahilik etdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-bir-birinden-xebersiz-dahiler
Клавиши ← → для перехода, R — случайное стихотворение