Ağıl yaşda deyil. (Atalar sözü)

100... neçə yaşı vardı –Dedim nələri görüb.Qoca kimləri görüb.O, iki əsri görüb.Dedim ki, ey qoca, siznecə bəxtiyarsınız!Lermontovun bizlərəqonaq gəlməyini dəəlbət, xatırlarsınız.Dedi: - O kimdir elə?Atıb bir neçə iliömründən bu qocanın,Gəldim bir qədər bəri,Dedim, Tolstoyu necə?Bəlkə də görmüsünüzO dahi peyğəmbəri?Ağzını açdı yenə:cəhəng-dəmir,diş - inci?– Peyğəmbər tanımıram - dedi.mən yüz beşində.Bir az da gəldim bəri,40-50 il azaldı,onun ömür illəri.Mirzə Cəlil necə bəs,Cəfər Cabbarlı necə, -Onları görmüsünüz?Hansı gün,Hansı gecə?!Dedi: - Düzünü deyim,yararmı: düzüm, qoşum.Olmayıb bu isimdənə qohumum,nə qonşum.

Dedim ki, bəs indikialimlər,yazıçılar?Dedi: əlbəttə, olar.Yüz neçə il yox oldu,qaldı, qaldıbircə il. -67-ci il.Bu bir yaşlı qocadanSoruşdum: - Bəs, ay baba,Vyetnamdakı evlər,yurdlar qalır xaraba?Bu məsələyə siz...necə baxırsınız bəs?Qoca gözünü döyüb,aldı dərindən nəfəs.Altmış yeddinci il dədüşdü ömründən qəfil,Yox oldu yüz neçə il.Elə bil ki, tonqalın ortasına tük endi,Ömrü kimi qoca dagözlərimdə tükəndi.Nəinki bir ağacdır, nəinki qara daşdır,Gördüm ki, heç bu qocahələ doğulmamışdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов