Qol saldımməndən uzun bir günəbaxanın boynuna.Durdu başım üstündəçətir kimi.Sürtdüm çopur sifətinə,uzun belinə əlimi, dayandımElə bil aran yayı rəngindəqızıl bir yuxudan oyandım.Duydum ki,axır barmaqlarım arasındanGünəşin istisi,işığı, -aşağı...Duydum ki,qalxır yerin ətri,soyuğu,buxarı,yuxarı.

Günəbaxanın sifətindən qalxıb,enib,nöqtə-nöqtə,Barmaqlarım isindi,soyudu,Onlar oldu beş qitə.Göy boyda oldugünəbaxanın başı,Yer boyda ayağı...qaldım aradaAğır yüklübir pəhləvan sayağıBarmağımdan göy axdı,Yer qalxır...Ürəyimdədərinliklə yüksəkliyinbir-birinə təkanı.Bir az əvvəlqələm tutan əlimdə -kainatın sükanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов