Çox da ləpirimiziApardı qarlar üstənYazdakı sellər, sular.Könlüm nə döyüntüdən,Nə də sizdən uzaqdır,Moskvalı a dostlar!Dərs günü başlandımı,Dünyanın hər yerindənTələbələr gəldimi,Tver bulvarını bizTez-tələsik ötərik,Yenə o vaxtkı kimiFikirtək səssiz gəlib,Asta açıb qapını,Biz girəndə içəriEynəkli professorDiqqətlə göz qıysa dagörməz bu gələnləri.Oturmarıq.DurarıqO vaxt "bizimki" olanSkamyalar yanında.Professor danışar;Həsrətimiz əriyərOnun həyəcanında.Xatirədən kövrəlibKəsər muhazirəni.Fikrə gedər aradaSöyləyər: "Otuz nəfərMənə qulaq asardıZaman vardı, burada.O köhnə dostlarımınVardı aralarındaHətta fransız, alman.Aldatmırsa yaddaşım,

Gəlmişdi o dostlarınİkisi də Bakıdan".Keçib nöqsanımızdanÇox da açıb-ağartmaz.Gülümsəyib bu vaxt bizSöyləsək də: sağ olun,Gəlmişik ki, burdayıq.Çatmaz ona səsimiz.O silkələr başını,Tanış mühazirəniO, yenə də oxuyar.Qəlbimizdə alışarTələbəlik həvəsi,Könlümüzdə intizar."Bizim skamyalardaOturmuş cavanlaraGörünməyib yenə də,Köhnə, doğma sözləriBircə-bircə yazarıqOnların dəftərində.Bir kimsə duymaz bunu.Zəng olanda çıxarıqGörünmədən otaqdan;Divarların yanındaSakitcə durar, baxarHamıya otuz cavan.Ötüşse də qış, bahar,Bura yenə gələrik,Oxuyarıq təzədənYaşa dolsaq belə, biz.Saçımıza düşsə dəİllər ötüşdükcə dən.Qonorar çox olsa daO vaxtkından yüz dəfə,Çoxdan xərclədiyimizTəqaüdlə yenə dəBulka alıb yeyərik

Arbatın yanında biz.Sonra, yataqxanadaAlovlu mübahisəQurtarmaz səhərəcən.Heç günahı olmayanBir dahini də qəfil"Vurarıq" ya siz, ya mən.Dostluq qədəhi kimiDolu günlər, o günlər,Yenə daşar, tökülər...Gah futbol meydanından,Gah şeir gecəsindənMəğrur səsimiz gələr,A dostlarım, dostlarım,Bizim bu sirrimiziHardan biləcək dekan:Hər il yenə oxuyurXatirə şöbəsindəOtuz qəlbli bir cavan.Gələrlər bura hər gün,Gedərlər burdan hər gün,Gəzərlər hamısı bir...Hər səhər MoskvanınGeniş küçələrindəOtuz cavan yeriyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов