Sənin yerin xəstəxana,Mənimki boşluq,Sahilsiz kədər.Bir sənsən bu sonsuz məmləkətin yiyəsi, -Gəl, məni gözlətmə bu qədər.Gəl, könlümün istəyi,Həsrətimin qənimi,Sevinc təşnəsi,Sevinc dilənçisiOlmağa layiq gördünmənimi?Gəl, adın dodağımıyaxıb-yandırırQəfil basılmış köz kimi.Gəl, ayrılıq adlıƏn pis xərçəngXəstəliyinin həkimi.Gəl, tut gülüşünlə dünyanı:Kədər yurdsuz, yuvasız,Otaqsız qalsın,Bir qarış bucaqsız qalsın.Gəl, hər qədəminin altındaQəlbimin yuvasıŞerimi atım.Gəl, bıçaq altındaİnildəyən dünyam,Ürəyim,Varlığım,Adım.Gəl, yaramın üstünəGülüşlərini səpələ,Təbəssümünü saç,Sözlərini çilə.Səndən bircə xahişi varAtanın, gəl,

Yerə salma bu xahişini,Gəl, ömrümün gərdişi,Milyon ümidsizliyin hasarınıBir "gəlirəm!" sözünləYar, gəl!Sənə vardır ürəyimdəhəmişə etibar, gəl!Gəlirsənmi?Səni yaxşı görmək üçünKədərimi bir daş kimiQoymuşam ayağımın altına,Qalmışam boylana-boylana,Gələcəksən!Tanıyıram həkimlərini,Tanıyıram səniBir dəfə də salmamısan yerəAtanın xahişini.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов