Dənizdə boy göstərib mahir üzgüçü kimiYavaş-yavaş batır gün.Şüaları sulara açılmış nəhəng, qızılQanad kimi atır gün.Sahildəyəm. Durmuşam həmin nəhəng qanadınBir lələyi ucunda,Başqa bir lələyinsə balıqçıdır başında;Durmuş əli qaşında.Bir lələk də uzanıb sulardakı buruğa,Sanki ona dayaqdır.O birisi çatıbdır uzaq bir pəncərəyə,Yanır, sanır mayakdır.Sahildə bağlar, evlər, plyajlar sıra-sıra,Adamlar dəstə-dəstə.Hamını birləşdirir boy göstərib batan gün.Hamımızı ucaldır, uçurur üfüqlərəBir qızıl qanad üstə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов