Üfüqlər arxasındaGün batır, axşam düşür.Dənizin aynasındaAy ulduzla görüşür.Yatır ləpələr çin-çin,Qağayılar dincəlir.Dənizdən bir nəğməninƏks-sədası gəlir.

Buludlar karvan-karvan,Ala-tala buludlar.Sonsuz səma tağındanDüşür yola buludlar.İndi gözlərin səninUlduztək bulud dəlir, –Dənizdən bir nəğməninƏks-sədası gəlir.

Tək buruğun ziyasıUzaqda yanır-sönür.Sınır suyun aynası,Gəmi sahilə dönür.Yolu dolur nur ilə,Gecə keçir, dan gülür.O gəmiylə sahiləOyaq bir nəğmə gəlir.

Sənsən sahilə dönən...Ağardıqca qızıl dan,Sənsən ulduztək sönən,Günəş kimi parlayan.Yatdı dəniz, qağayı,Yatdı ləpə, ağ bulud,Göydə yatırtdın ayı,Hər yanı tutdu sükut.

Yatmadın bircə özün,Yatmadı bircə nəğmən.Gecə bəyaz gündüzünNəğməsini dedin sən.O, “dur – dedi mənə də, –Günəş ziyası gəlir!”Qulağıma yenə dəOnun sədası gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе