(lövhə)

Bizim cır alçanın gülləri kimiYerin sinəsinə səpələnir qar,Qızıl şal altdakı telləri kimiQalır qar altında yollar, cığırlar.

Salxım sırsıralar qatar-qatardır,Seyrinə daldıqca açılır ürək.Hava fərəh verir, sinə qabardırSergey Yeseninin şerləritək.

Görünməz bir əllə saxlayıb şaxtaBulanıq suyunu axan çayın da.Başını əyərək bir az uzaqdaDurur ağ sinəli ağcaqayın da.

Nə bir ot görünür, nə quru torpaq,Hər şey qoynundadır qırovun, qarın.“Bahar bizimlədir!” – söyləyir ancaqYaşıl iynələri şamın, küknarın.

Moskva, dekabr, 1958

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов