Axşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:

– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.

– Mənə? — O, yuxudan ayılan kimi oldu.— heç nə...

– Yox, sənə nə isə olub, Elmi!.. Nə hadisə üz verib?..

Elməddin, səhər məktubu oxuyandan sonra, özünü tanıya bilmirdi — gah sevinmişdi, gah pərt olmuşdu, sarsılmışdı. Əfsanənin Siracəddinin əlindən qaçıb qurtardığını eşidəndə isə yenə şadlığından yerə-göyə sığışmamışdı. Sonra təzədən dərdə-qəmə batmışdı. Təəccüb eləyirdi ki, insan bir gündə necə də haldan-hala düşə bilərmiş, necə də bir-birinə zidd fikirlərlə yaşaya bilərmiş! Siminin ürəyinə, xasiyyətinə bələd olsa da, yenə nigaran idi; görəsən. Əfsanənin tapılması xəbərini necə qarşılayacaqdı? Hər necə olsa, qadındı və Elməddinin onu bir vaxtlar dəlicəsinə sevdiyini bilirdi! Qısqanmayacaqdı ki? Düzdür, indiyə qədər o, Əfsanəni həmişə hörmətlə yad eləmişdi, şəklini böyütdürmüşdü, uşağın adını Əfsanə qoymuşdu. Ancaq bunlar o zaman olmuşdu ki, Əfsanə yox idi ortalıqda, təkcə adı qalmışdı Əfsanənin. Ölmüş, yaxud itkin düşmüş bir bədbəxt qadının adını, Elməddinin könlü xoş olsun deyə, yaşatmağa, ehtiramla yaşatmağa nə vardı ki? İndi isə o sağ idi, o, şəhərdə idi, gec-tez, tapacaqdı onu Elməddin. Onda vəziyyət necə olacaqdı? Evdə, cavan ər-arvad arasında bir soyuqluq, bir nifaq yaratmayacaqdı ki, bu xəbər? Elməddin bax, bir də buna görə pərişan idi.

– Bilirsən, Simin, Əfsanə tapılıb! — deyə uzun sürən sükutdan sonra Elməddin məsələni açıb deməyi lazım bildi və bu sözləri söyləyərkən arvadının gözlərinin içinə baxdı.

Simin, əzizinin tapıldığı xəbərini eşidirmiş kimi, gözlənilməz şadlıq içində;

– Nə danışırsan, Elmi? — dedi və uşaq təki irəli cumub ərinin boynuna sarıldı, üzündən öpdü. — Sağdı, Əfsanə? Səni təbrik eləyirəm, Elmi? Demək, sağdı!

– Hə, Simin... Sağdı. — Siminin sevinci ona da sirayət etdi, gülümsündü.

– Bəs hanı?

– Şəhərdədi.

– Harda yaşayır, Elmi?..

– Harda?.. Küçələrdə...

– Nə danışırsan, küçədə də adam yaşayar?

– Bizim məmləkətdə yaşayar, Simin!..

– Sən onu görübsən?..

– Yox. hələ görə bilməmişəm...

– Bəs sənə kim dedi, Elmi?

– Bir nəfər görüb... — deyə Elməddin hələ təfsilatı açmamağı üstün tutdu.

– Bəs niyə dayanmısan? Dur get, tap gətir evə, Elmi. — Simin bu kəlmələri elə ürəklə söylədi ki, səmimiyyətinə inanmamaq olmazdı və Elməddin əyilib bu sözləri deyən dodaqlarından öpməməyi bacarmadı.

– Sağ ol, Simin! Sənin nə gözəl ürəyin varmış, əzizim!

Sonra çay süfrəsi başında, Elməddin əhvalatı bütünlüklə açıb arvadına söylədi. Simin qızın başına gələn müsibətləri eşidəndə kövrəldi. Əfsanənin ordan qaça bilməsinə, ona köməklik eləyən arvadın xeyirxahlığına sevinirdi.

– Yazıq qızın başı nə bəlalı imiş, aman allah, — deyirdi. — Bəs indi neyləmək fikrindəsən, Elmi?.. Onu küçələrdə qoymaq olmaz ki. Axtarıb tapmaq lazımdı. Şəhərdə bizdən başqa kimi var ki, o biçarənin?!

– Heç kəsi yoxdu, Simin, Anahita xanım bacım olsun, radio ilə elan verdirib. Mən polisə də xəbər vermişəm. Sabah ruznamədə də elan çıxacaq — axtarış elanı... Özüm də Ziyaülhəqqlə səhər şəhəri gəzəcəyəm, bazarlara, küçələrə baxacağıq. Bəlkə rastımıza çıxdı...

– Hə, hə... Aman allah, nə yaxşı oldu, nə yaxşı oldu. Sağmış, Fəlakətzədə sağmış...

...Əfsanənin şəhərdə peyda olması xəbərini eşidəndə Şəfi də, Məleykə də yaman fərəhlənmişdi: ancaq bir azdan Məleykə xanım qayğılı-qayğılı ərindən soruşmuşdu:

– Bəs indi necə olacaq, Şəfi?

– Nə necə olacaq, Məleykə?!

– Deyirəm tutaq ki, Əfsanəni tapdınız, Elməddin də gətirdi evinə.

– Hə də, gətirəcək də, çöldə qoymayacaq ki onu?!

– Elə məni də nigaran eləyən budu də. Əfsanə onun kəbinli arvadıdı. Arada da Simin var — bir-birlərini də elə istəyirlər ki... Qorxuram, evin nizamı, sakitliyi pozula, Şəfi...

– Pozulmaz, məncə.

– Axı Əfsanə ilə Elməddin arasında böyük məhəbbət olub. Səncə, onlar üçü bir damın altında yaşaya bilərlər?

– Niyə yaşaya bilmirlər ki?!

– Eh, Şəfi. Sən qadın ürəyinin sirlərini az bilirsən deyəsən?! Gör hələ Simin nə hala düşəcək. Əfsanə biləndə ki, Elməddin evlənib, nələr çəkəcək. İki qadın, bir kişi... Belə ailələrdə heç vaxt rahatlıq olmur. Deyirəm, bəlkə Elməddin Əfsanəni də arvad kimi qəbul elədi, hə?

– Eləməz, məncə, Məleykə. Eləsəydi, elə o vaxt eləyərdi, daha o yazığı da, özünü də çöllərə salmazdı. Yox, eləməz!.. Əfsanə yaşayar onlarda, Siminə kömək eləyər, uşağı oynadar — öz adaşını... Bir qarın çörək yeyəcək... Sonrasına da baxarıq, bəlkə baxtı açıldı, birinə ərə getdi — cavan gəlindi...

...Əfsanə isə bir iynəyə dönmüşdü, tapılmırdı ki, tapılmırdı. Polis axtarırdı, radio ilə gündə üç dəfə elan verirdilər, qəzetlər axtarırdı. Elməddin Ziyaülhəqqlə, gah də Əhədulla ilə şəhərin küçələrini maşınla əldən salmışdılar. Yox idi. Elməddin hər axşam yorğun-arğın evə dönəndə Simin onun tək gəldiyini görüb məyus olurdu. Ürək-dirək verirdi: «darıxma, tapılar! — deyirdi— Ruznamə oxumur, radioya qulaq asmır, haradan biləcək biçarə ki, onu axtarırsan?» .

Dünən, çarəsiz qalan Elməddin, vaxtilə Ətiqullanın onu apardığı «Münsif» hotelinə də getmiş, xidmətçi qadını aldadaraq bütün qızlara baxmış, «mənim zövqümcə olan yoxdur!» —deyib çıxmışdı. Ötən üç həftənin içində Elməddin qəlbən qocalmışdı.

...Cümə günü Ziyaülhəqqlə Elməddin maşınla yenə şəhərə çıxmışdı. İstirahət günü olduğundan şəhərdə qaynama-canlanma var idi. Ziyaülhəqqin yanında əyləşmiş Elməddin dörd-gözlə gəlibkeçənlərə fikir verir, müxtəlif qiyafəli, çarşablı-çarşabsız qadınların arasında Əfsanəni axtarırdı. Sonradan gedib Hürriyyətdən Əfsanənin nə geydiyini öyrənməyi işi xeyli asanlaşdırmışdı. Demək, onun çadrası yox idi. Əynində boz rəngli köhnə paltar var idi, başına qara örpək örtmüşdü. İndi Elməddin bu nişanda qadınlara daha çox nəzər yetirirdi. Ziyaülhəqq küçələrin sol tərəfinə baxırdı. Birdən maşın yerində mıxlanıb dayandı — Elməddinin başı az qala maşının qabaq şüşəsinə dəymişdi.

– Neynirsən, Ziya! — dedi qorxu içində Elməddin.

– Bir o gələn qadına bax!

– Hanı?

– Sol tərəfdə, səki ilə yeriyir, üzü bəri gəlir. Elməddinin ürəyi çırpındı, irəli əyilib gözlərini qıyaraq diqqətlə tamaşa elədi və vəhşi bir səslə:

– Odur! — deyə bağırıb özünü maşından necə atdısa, ayağı nəyəsə ilişib yıxıldı. Ancaq tez qalxdı və qara örpəkli qadına sarı yüyürdü.

Ziyaülhəqq düşməmişdi, açıq pəncərədən bu qəribə görüş səhnəsinə tamaşa eləyirdi. Elməddin çatdı, qadın dayandı. Elməddin nə dedisə, o, əlini alt dodağına aparıb ani çaşqınlıqdan sonra onun üstünə atıldı; elə küçənin ortasında, gəlib-gedənlərin təccüblə çiyinlərini çəkmələrinə qanrılıb, maraqla baxmaqlarına əhəmiyyət vermədən bir-birini qucaqladılar. Əfsanə başını Elməddinin çiyninə qoymuşdu, kürəyi qalxıb enirdi, yəqin ağlayırdı. Elməddin titrəyən əlini onun qara örpəyində gəzdirirdi, nə isə deyirdi. Sonra hər ikisi bir addım geri çəkildi, gözlərinə inanmırmış kimi, baxışdılar, bu görüşün yuxu yox, həqiqət olduğunu anlayıb bir daha sarmaşdılar.

Ziyaülhəqq maşını fırlayıb yanlarında dayandıranda, Elməddin sanki yuxu aləmindən ayıldı. Ziyaülhəqqin gülümsər sifətini görüb özünə gəldi və Əfsanənin əlindən tutub maşına sarı çəkdi. Maşının dal qapısını açdı, hələ də gözlərindən sevinc yaşları axan Əfsanə duruxub minmək istəmədiyini bildirəndə:

– Min, min Əfsanə! — dedi. — Özgə adam deyil, dostumdu. Əfsanə mindi, Elməddin yanında əyləşdi. Ziyaülhəlqq geri qanrılıb:

– Əfsanə xanım bizim şəhərə xoş gəlib! — dedikdə o, başını tərpədərək astadan pıçıldadı:

– Çox sağ olun!

– Səni axtarmaqdan Elməddin yazıq əldən-ayaqdan düşdü.

– Sən məndən də çox əziyyət çəkmisən, Ziya. Axır ki tapıldın, Əfsanə, ay mənim itkin gəlinim...

Əfsanə örpəyinin ucu ilə gözlərinin yaşını sildi, heç nə demədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

7 мин
Üçüncü hissə, dördüncü fəsil

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

9 мин
Üçüncü hissə, beşinci fəsil

Yaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.

7 мин

Стихи других поэтов