Страница 2 из 2 · 50%

Salman içəri girən təki hiss elədi ki, Aslanzadənin keyfi kökdü. Qarayanız üzündə, ağarmış, sıx qaşları altındakı yanları qırışlarla örtülmüş gözlərində sevinc, fərəh duyulurdu. Şad olduğu səsinin ahəngindən də bilinirdi...

– Elə buralardayam, professor, — dedi. — İş başımı qatıb. Bir də özünüz xasiyyətimi bilirsiniz, çağrılan yerə ərinmərəm, çağrılma-yan yerdə görünmərəm. Bir işim, vacib bir məsələ olmayanda gəlib sizin vaxtınızı almaq istəmirəm. Onsuz da vaxt zəhrimar heç çatmır.

– Düz deyirsən, Salman. Vaxt çatışmır,— deyə o, əlini gur, gümüşü saçlarında gəzdirib qara pencəyinin sağ çiyninə tökülmüş iki-üç ağ tükü üfürüb yerə saldı. — Neynəyəsən, heç bilmirsən gün, ay, il hardan gəlib gedir. Ömür... hə, ömür dedim, yadıma düşdü. Dünən prezidentin yanına getmişdim. Oturduq, elə o yandan-bu yandan, institutun işindən-gücündən xeyli söhbət etdik. Açığını deyim ki, Salman, mən o kişiyə bir də heyran oldum. Əşi, özün kimyagər olasan, şerə ədəbiyyata bu qədər bağlı olasan? Bu kişi nə qədər gözəl şer əzbər bilir. Türkcə, farsca, daha ana dilimizdə bildiklərini demirəm. Deyir sizin institut bizim ədəbiyyatımızın əsas istiqamətverici qüvvəsi olmalıdır. O, qayğıkeş, mehriban, övladının hər xoş qədəminə, xoş sədasına sevinən, yolundan azdığını görəndə onu ancaq düz yola çağıran bir ata kimi ədəbiyyatımızın beşiyi başında durmalıdır. Tarix bu nöqteyi-nəzərdən, sizin institutun boynuna böyük və şərəfli vəzifələr qoymuşdur. Yaxşı, ağıllı, savadlı kadrlarımız var, deyir. Onları qoruyun, qeydinə qalın, müdafiə işlərinə kömək edin, ev mənzil şəraiti pis olanı varsa, əlindən tutub evlə təmin eləyin. Bunlar, deyir, yaradıcı adamlardır.

– Tamamilə doğru sözlərdir, — deyən Salman təsdiq elədi.

Aslanzadə ani olaraq duruxub:

– Sözümün canı bu deyildi, — dedi,.— söz ömürdən düşmüşdü deyəsən.

– Bəli.

– Hə. Dünən də elə ömürdən-gündən söhbət gəlib düşdü ortaya. Öz aramızdı, heç görübsənmi ki, iki cavan oturub ömürdən danışsın, bunlar hamısı qocalıq əlamətidi, vallah.

İndi biz oturub-durub deyirik ki, ömür çatmır. Bilirsənmi, Salman, bunun səbəbi nədir? — Salmandan cavab gözləməyib özü davam elədi: — Səbəbi odur ki, həyat gözəldir, dünya gözəldir, yaşayışımız gözəldir elə buna görə də adam dünyadan doymur.

– Elədir, tamamilə doğrudur, — deyə Salman başını tərpətdi. Bu ara onun gözü professorun stolu üzərindəki göy cildli qalın kitaba sataşdı. Salmanın adəti idi: təzə kitab görəndə əlinə alıb vərəqləməsəydi, neçə səhifə, neçə çap vərəqi olduğunu, tirajını öyrənməsəydi olmazdı. — Bu nə kitabdı, belə? — deyərək dikəldi, əlini uzadıb kitabı götürdü və elə o an şadlıqla:

– Oh, sizi təbrik eləyirəm, professor,— dedi.

Samballadı, vərəqlədi:

– Çox gözəl buraxıblar.

– Kitabın üzərindəki yazını ürəyində dönə-dönə oxudu: «A.M.Aslanzadə, Seçilmiş əsərləri, altı cilddə, üçüncü cild».

Aslanzadə məmnun halda kresloya yayxanıb əlini saçına çəkə-çəkə:

– Çox sağ ol, — dedi. — Gün o gün olsun, sənin cildlərini belə buraxsınlar.

Salman gülümsündü, nəsə demək istədi, ancaq nə üçünsə sözünü udub, kitaba daha diqqətlə baxa-baxa:

– Amma tərtibatı da gözəldi, — dedi. — Mənlik olsa, lap deyərdim əladı!..

Salman danışırdı, Aslanzadənin isə, ona baxsa da, fikri ayrı yerdə idi. O, bu dəqiqə həmin kitab üzərində işlərkən keçirdiyi yuxusuz gecələri, arxivlərdə, köhnə, əyri-üyrü xətli əlyazmaları üzərində qurdalandığı günləri, ayları, illəri yadına gətirib əməyinin itmədiyini görür, üstündə adı yazılmış qalın cildə nəzər saldıqca bütün ağrılar, əzablar, yorğunluq canından çıxırdı. Demək, ömür hədər getməyib, demək, o, bu dünyaya papağını günə yandırmaq üçün gəlməyib, səhər başını ölüm yastığına qoyanda ürəyində, beynində neçə yazılmamış əsəri olsa da, vicdanı rahat olacaq. Övladı yox idi, əzəldən olmamışdı. İndi o, qəlbinin dərin və gizli guşələrində gizlənib hərdənbir baş qaldıran övlad həsrəti müqabilində özünə təsəlli verib deyirdi: «Mənim övladım — bu kitablar. Bunlar mənim ciyərparalarımdır.Mənə heç kəs «sonsuz» deməsin. Mənim övladlarım var. Onlar mənim adımı, səsimi, sözümü gələcək nəsillərə çatdıracaq».

Həmişə bu barədə fikirləşəndə özünə nə qədər ürək-dirək versə də, təsəlli versə də, anasız, kimsəsiz uşaq təki kövrəlirdi; o boyda canlı, cüssəli adam elə bil kiçilib xırdalaşırdı və ona daxili, gizli əzab verən bu həlim və yumşaq hissləri unutmaq üçün diqqətini başqa bir səmtə yönəldirdi.

İndi də belə oldu. O, xəyal aləmindən ayrılıb Salmana baxdı: Salman kitabı vərəqləyir, hərdənbir nəsə deyirdi:

– Şöbənizdə nə var, nə yox? — deyə salmanın nəzərini kitabdan ayırmağa çalışdı.

Salman professorun kitabını ehmalca mizin üstünə qoydu. — Sağlıq-salamatlıq,— dedi, — işləyirik.

– Dünən prizidentlə sizin şöbə barədə ətraflı danışdıq. Prizident bu şöbəyə xüsusi diqqət verir və məndən də, səndən də bunu tələb elədi. Deyir, bu şöbə gərək öz fəaliyyəti ilə institutun başqa şöbələrinə nümunə olsun. Kadrlarımız, — deyir, — pis deyil, çoxsu hazırlıqlı, savadlı yrldaşlardı. Ancaq bu, azdı. Bu il sizə dörd ştat verəcəyəm, — dedi. Xüsusi ilə qeyd elədi ki, cavan elmi işçilərin yetişməsinə, onların yaxşı, keyfiyyətli elmi əsərlər yazmasına, müdafiə işlərinə hər cür şərait yaratmaq lazımdır. Ezamiyyət üçün pul əsirgəmə, — deyir. — Qoy getsinlər, ölkənin kitabxanalarında işləsinlər, axtarıb tapsınlar, gətirsinlər.

– Biz elə belə də eləyirik! — deyə Salman prezidentin hüzurunda imiş kimi ciddi bir tərzdə cavab verdi.

– Bəli. Gərək ümumən işimizi elə ciddi quraq ki, akademiyanın institutları arasında bizim institut, necə deyərlər, barmaqla göstərilsin. İndi ilin birinci yarısı qurtarmaq üzrədir. Gözünü açıbyumacaqsan, illik hesabat gəlib yetişəcək. Ona görə o əsərlər ki bu ilin planına görə qurtarmalı və müzakirəyə verilməlidir, gərək indidən ciddi nəzarət altında olsun.

– Düzdür, professor. Biz elə belə də eləyirik.

– Sonra prezident prinsipiallıq məsələsini tam ciddiyyəti ilə qeyd eləyib dedi ki, bunsuz bir addım da irəli ata bilmərik. Prinsipiallıq, yenə də prinsipiallıq! Hər işdə prinsipial olmaq gərəkdir.

– Tamamilə düzdü. Biz elə belə də eləyirik.

– Prezident Orxanın məqaləsini, — «Kommunist» qəzetində çıxanı deyirəm, — oxuyub yaman xoşuna gəlib.

Salman söhbətin qəfil gəlib onun üstünə çıxacağını gözləmədiyi üçün birdən-birə bilmədi ki, nə cavab versin və yüngülcə qızardı. Bu, Aslanzadənin sərraf gözlərindən yayınmasa da, özünü o yerə qoymayıb davam elədi:

– Prezident məqaləni ağız dolusu tərifləyəndən sonra qeyd elədi: bunun özü göstərir ki, Salmanın şöbəsində tam demokratiya, tənqid, özünütənqid prinsipi əsas yer tutur. Bu sevindirici haldı ki, indi tələbə öz müəllimini tənqid eləmək, onun nöqsanlarını söyləmək imkana və cəsarətinə malikdir.

– Biz elə belə də eləyirik, — deyə Salman özü də fərqinə varmadan təkrar elədi. — Bizdə böyük-kiçik yoxdur. Elmdə, mən özüm dönə-dönə iclaslarda da, universitetdə də demişəm ki, böyük-kiçik olmasın gərək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on doqquzuncu fəsil

Aylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:

12 мин
Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин

Стихи других поэтов