Страница 1 из 2

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar

– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

Simin hələ orada ikən Elməddinə qulluq etdikdə özündə nə isə qəribə sevinc duyardı, onun yeməyinə-içməyinə xəlvətdən heyran-heyran baxardı. Hərdən yazı masası arxasında işlərkən görmək müəssər olanda Simin quşa, kəpənəyə dönüb onun başı üstə dayanmaq, yazdıqlarına baxmaq, oxumaq arzusu ilə yanardı. Zərrintacın Elməddinin üzünə qapı açmadığı gecə isə, onun qız ürəyində sönməz bir məşəl yandırmışdı. Bu məşəlin yanğısı xoş idi, şirin idi, ancaq əzablı idi. Hələ ürəyinin sehrli aləmindən xəbərsiz olan, çarpaşıq duyğularını anlamağı bacaramayan Simin o məşəlin oduna həm yanırdı, həm də qızınırdı. Sonra yeyilməmiş düşbərə, şer kitabı, şəkil... O gecə qızın qəlbində Zərrintaca qarşı doğulmuş nifrət, qəzəb... Bunlar elə bil, gizlində korun-korun yanan həmin ocağın üstünə yağ tökmüşdü, daha da gücləndirmişdi, şöləsi qızın yanaqlarında, qara gözlərində par-par parlamışdı, elə parlamışdı ki, bunu Elməddin özü də görmüşdü.

O nagahani toy məclisindən günlər, həftələr keçdikcə aydın olmuşdu ki, Simin Elməddinə həqiqətən layiq qız imiş, hətta onun gözlədiyindən də artıq imiş... Təzə gəlin ailədə elə saf, gözəl bir şərait yaratmışdı ki, Elməddin bundan yaxşısını heç təsəvvürünə də gətirə bilməzdi. O, Zərrintacın yanında kirayənişin kimi yaşamışdı, orada heç nəyi yox idi — kitab-dəftərindən başqa heç nəyi yox idi. Amma burada nə vardısa özünün idi — bu, onun qəlbini qürur hissilə doldururdu. Simin ev-eşiyi tər-təmiz saxlayırdı, səliqəsinə söz ola bilməzdi. Elməddinin qulluğunda əli sinəsində dayanırdı; vaxtlı-vaxtında yeməyi, istirahəti... Simin bir növ özünü fəda eləyirdi Elməddinə və bundan, hiss olunurdu ki, əvəzsiz bir zövq alırdı. İşləməsi, yazıb-yaratması üçün hər cür şərait yaratmışdı. Bazar-dükan qayğısından azaddı — bu işlərin hamısını ƏHədulla can-dildən özü eləyirdi. Uzun illərin əzab-əziyyətindən, sıxıntısından Elmməddin indi-indi xilas olmuşdu — insan kimi rahat yaşamağa başlamışdı. Düşünürdü ki, nəhayət, taleyi üzünə gülüb, Siminbər kimi bir ömür-gün yoldaşı tapıb. Qəlbi Siminə qarşı minnətdarlıq duyğusu ilə dolu idi. Onun Siminə məhəbbəti elə dərəcəyə gəlib çıxmışdı ki, Əfsanəni də unutdurmuşdu! Unutdurmuşdu? Bundan nə Elməddinin özünün xəbəri vardı, nə Siminin!

Elməddin Simini əzizləyirdi, nəvazişli sözlər deyirdi, neçə şer yazmışdı ona, həzin, pıçıltıyabənzər bir səslə o şerləri Siminə oxumuşdu. Qulluğunda dayanmışdı lazım olanda. Həyəti özü şumlamışdı, ağac əkmişdi, qızılgül kolları əkmişdi. Bir azdan o kollar gül açacaqdı — Elməddinsiz...

Bu hiss Simini dəhşətə gətirmişdi və təzədən hönkürtü vurub ağlamağa başlamışdı — atasının gəlişindən xəbəri də olmamışdı.

– Nə olub, qız? — deyə Əhədulla əlindəki dolu zənbili yerə qoyub həyacanla soruşanda o, atasına sığınıb:

– Elməddini apardılar, qibləgahım! — demişdi.

– Kim apardı, qız?

– İki polis gəlmişdi, apardılar...

Əhədullanın bədəni süstləşmişdi. Bir anda fikri pərişan olmuş, qızının, kürəkəninin taleyini düşünüb darıxmışdı, Əhədulla neçə il idi Elməddini tanıyırdı, o dəfə də həbs olunmağının şahidi idi, bilirdi ki, o da, Şəfi də, tanımadığı başqa yoldaşları da nə isə ayrı məsləkin adamlarıdı, onlar nədənsə hamı kimi düşünmür, hamı kimi ancaq özü üçün yaşamırlar. Deyəsən, hökumət onları düşmən hesab eləyir. Yoxsa niyə həbs eləmişdilər o dəfə hər ikisini? Niyə Şəfini vurdular? Niyə indi gəlib Elməddini aparıblar? Qoy olsun, hər halda onlar dəyanətli adamlardı, mərd adamlardı. Əhədulla Elməddinin dalınca ölümə də gedər. Əvvəl bir dost, xeyirxah bir insan kimi gedərdi, indi bunlardan əlavə də qohumu idi. Qızının ürəklə ağlaması onun qəlbini parçalasa da, o, özünü ələ alıb Siminə təsəlli vermişdi: Darıxma, qızım. Adamın yaxşı günü də olar, pis günü də. Yaman günün ömrü həmişə az olur, bala. Ağlama. Elməddin, elə oğuldu ki, cəfasını çəkməyə dəyər.

– Mən onsuz, tək neyləyəcəyəm, qibləgahım?

– Tək niyə olursan, qız? Bəs biz adam deyilik? Uşaqlardan ikisini-üçünü gətirəcəyəm yanına, gecələr özüm də burda qalacağam!

– deyə Əhədulla ona toxtaqlıq vermişdi. — Məgər qibləgahın ölüb?

Simin bu sözləri eşidib rahat olmuşdu bir az. Əhədulla həqiqətən də dediyi kimi eləmişdi. Simini tək qoymamışdı.

Həyat bu kiçik həyətdə öz qaydasına düşmüşdü. Ancaq Simin hər gün, hər saat Elməddinin yolunu gözləyirdi. Onun axırıncı dəfə alıb gətirdiyi güllər solmuşdusa da, Simin onları atmamışdı. «Nə qədər gəlməyib, saxlayacağam», — deyə hər baxanda kövrəlirdi, xatirələr qanadında çox da uzaq olmayan, o günlərə qayıdırdı. Başını qarışdırmaq üçün Elməddinin kitabxanasındakı kitablardan götürüb oxuyurdu.

Məleykə xanım — dərdinin böyük olmasına baxmayaraq, tez-tez ona baş çəkirdi, Şəfinin salamını yetirirdi ona. Məleykə, sadəcə olaraq, Siminə vurulmuşdu. Qabiliyyəti, mehribanlığı Məleykənin ürəyincə idi. Simin arıqlamışdı, solmuşdu, ancaq təmkinini itirməmişdi. Məleykə xanımın söhbətlərindən başa düşmüşdü ki, onun ərini oğru kimi, əyri kimi həbs eləməyiblər, onu ağıllı, böyük, qorxulu adam bilib həbs eləyiblər.

– Mən sənə deyəndə ki, bunlar vətən əskərləridi, belə şeyləri nəzərdə tuturdum, qızım. Onlar həmişə topsuz-tüfəngsiz döyüşdədilər. Onları öldürə də bilərlər, qızım. Onlar ölsə də, şərəfli ölümdü onlarınkı, bala.

Məleykənin sözlərini sükutla dinləyən Simin o gedəndən sonra xeyli təskinlik tapırdı, hətta özündə bir qürur da hiss eləyirdi.

Əhədulla hər dəfə qapıdan içəri girəndə Simin atasının üzünə sual dolu baxışlarını zilləyirdi; «Elməddindən nə xəbər var»?. «Necədi»?

– Hələ heç nə məlum deyil.

Ancaq yazın yağışlı günlərinin birində Əhədulla tutqun qanıqara halda içəri girmiş, stul çəkib lal-dinməz oturmuş, çay istəmişdi qızından. Simin piyaləyə çay töküb qabağına gətirəndə kişi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Gündəliyimdən səhifələr

İşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…

30 мин
Birinci hissə, birinci fəsil

İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, ancaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış cahana əbədi göz yuman Orxanın cavan ömründən uzun olmalıymış, sən demə....Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, ancaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç cür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.

45 мин
Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 мин

Стихи других поэтов