Страница 1 из 7

İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. Qəribə taleyi olan, gizli, təmənnasız, şirin, yandırıb-yaxan bir məhəbbətlə sevən, ancaq sevdiyi qadın tərəfindən oxşanıb əzizlənməyən Orxanın qismətinə belə məhəbbət yazılıbmış, sən demə. Bu sevgi Orxan dünyadan köçəndən sonra dünyaya gəlməliymiş, bu inanılmaz sevginin ömrü — arzuları da, eşqi də gül açmamış cahana əbədi göz yuman Orxanın cavan ömründən uzun olmalıymış, sən demə.

...Zaman hiss olunmadan yel kimi qanadlanıb tarixə, keçmişə, əbədiyyətə çevrildikcə Orxanın heç kəsin ağlına sığışdırmaq, inanmaq istəmədiyi qəfil ölümü və yoxluğu hamıdan çox Gülmirəni yandırıb külə döndərirdi. O özü də hiss eləmədən, artıq yox olmuş, çıraqla da gəzsən tapılmayan, ancaq quruca adı, yadigarları yaşayan Orxana daha çox bağlanır, onu heç cür ölmüş hesab eləyə bilmir, çox dirilərdən üstün sayırdı: nə qədər qəribə və inanılmaz olsa da, özünü tez-tez bu nöqtədə tuturdu ki, o, ərindən — təyyarəsində qəzaya uğrayıb həlak olmuş Əqdəmdən daha artıq Orxan haqqında düşünür, ondan sarı daha çox göynəyir və qəlbindən heç vəchlə qovub çıxara bilmədiyi bu anlaşılmaz fikirdən böyük qəbahət işləmiş bir qadın kimi utanır, xəcalət çəkirdi.

Belə hallarda həyatında silinməz izlər buraxmış, meteor kimi tez nur saçıb tez də sönüb getmiş bu iki kişini istər-istəməz bir-biri ilə müqayisə eləyirdi: Əqdəm dünyada ilk sevdiyi, könlünü, arzularını bağladığı, ömrünü etibar etdiyi adam olmuşdu, həlim idi, xoşxasiyyət idi, yanında olanda qadınını xoşbəxt eləməyə qadirdi. Əqdəm onun sanki gec gəlib tez gedən qonağı olmuşdu; gözüdolusu görə bilməmişdi, ürəyi dolusu sevə bilməmişdi onu Gülmirə — işi, sənəti, vəzifəsinə hədsiz sədaqəti, necə deyərlər, bir ayağının yerdə, bir ayağının göylərdə, ulduzların yanında olması buna imkan verməmişdi. Sonra isə... aydan arı, sudan duru Gülmirəsini dünyadan nakam getmiş Orxanın ölüsünə belə qısqanmış, küsüb evdən getmiş, məhəbbətinii və nifrətinin doğurduğu dolaşıq, çalpaşıq hisslərinin qurbanı olmuşdu. Orxan isə... Gülmirəni sözsüz-dilsiz, sonsuz bir məhəbbətlə sevmiş, cavabsız, açılıb-ağardılmamış, dilə gətirilməmiş bir eşqin odunda yanıb getmişdi. Üst-üstə götürəndə, xoşbəxt dəqiqələri, saatları sayanda, istirahət günlərini çıxsan belə, Orxan Gülmirənin yanında Əqdəmdən çox yaşamışdı: şəhərin ayrı-ayrı küçələrində olsalar da, işdən sonra da, bir havadan udmuşdular, bir dənizə baxmışdılar: şənbə, bazar günləri Orxan bununla təsəlli tapmışdı ki, Gülmirə uzaqda deyil, bu şəhərdədi — bunun özü böyük səadət olmuşdu Orxan üçün. Doğrudur, Orxan Gülmirəni heç vaxt oxşayıb əzizləməmişdi, nəvaziş göstərməmişdi, ancaq odlu ahları ilə, kədərli baxışları ilə, hisslərini gizləmək dözümü və mətanəti ilə Gülmirənin qəlbində gəlinin özünün də anlayıb baş çıxarmadığı çox xoş, giziltili, şirin, sehrli duyğular oyatmış, onu əsrarəngiz bir aləmə aparıb bəxtəvər eləmişdi. Bəli, o zaman Gülmirə başa düşməmişdi bu dilsiz məhəbbəti, haradasa hiss eləmişdi, ancaq mənasına varmamışdı. Lakin sonralar — lələ köçüb yurdu boş qalandan sonra Orxanın bütün hərəkətlərini — baxışlarını, təmənnasız fədakarlıqlarını, dərdli-ələmli gəzib dolanmasını təklikdə götür-qoy eləmiş, hər şeyi tam aydınlığı ilə başa düşmüş və hər şeydən çox ona xüsusi ləzzət vermişdi ki, uğursuz və gecikmiş məhəbbət Orxanın qəlbinə yol tapıb gözlərini bağlayandan sonra o, bu nəhəng şəhərin azad, ancaq əslində əli-qolu bağlı dustağına çevrilmiş, Bakıdan heç yana çıxmamışdı. Gülmirənin yaxşı yadındaydı — tək bircə dəfə professor Salman Qurbanzadə yazıçıların plenumunda məruzə eləməkdən əli çıxsın deyə, onu al dilə tutub demək olar ki, zorla Tiflisə göndərmişdi. Vəssalam. Gülmirəni heç olmasa görmək, səsini eşitmək, işıqlı gözlərinə baxa bilmək səadətindən məhrum olmamaq xatirinə o,

ölən günəcən şəhərdən kənara qədəm basmamışdı: elə bil, rəsmi surətdə kimsə bu ixtiyarı onun əlindən almışdı. Hayıf, o vaxt Orxanın o böyük məhəbbəti kimi, Gülmirə bu fədakarlığı da görməmiş, başa düşməmiş, qiymətləndirməmişdi. Yox, belə demək düzgün olmazdı: görmüşdü də, başa düşmüşdü də; ancaq təkcə qiymətləndirməmişdi. Buna o zaman Gülmirənin haqqı və ixtiyarı yox idi. Orxanın Gülmirəyə bəslədiyi məhəbbət nə qədər böyük olsaydı da, Əqdəmin sağlığında bu sevgi cavabsız qalmalı idi: onda necə düşünürdü — demək çətindi — ancaq indi fikri qəti beləydi Gülmirənin. Eh, bir də nnsan ürəyinin anlaşılmaz sirlərini bilmək, onun dolaşıq-qarışıq müəmmalarını anlayıb axıra qədər dərk eləmək mümkündürmü? Hətta Gülmirənin özü də indi bilirdi ki, bütün bu müəmmalar, suallar o zaman necə həll oluna bilərdi.

Orxan indi də uzaqda deyildi, şəhərin lap qırağında — üç yüzdən çox şəxsi qaraj tikilmiş uzun və yaraşıqlı xiyabanın sağ tərəfindəki köhnə qəbiristanlığın ikinci cərgəsində, yaşıl akasiya ağaclarının altındakı məzarda uyuyurdu.

Gülmirənin mənzilindən oraya on-on beş dəqiqəlik yol vardı.

Təbii ki, Orxan daha onun yanına gələ bilmirdi, onun üçün daha fərqi yox idi ki, Əqdəm evdədi, yaxud səfərdədi; o indi həqiqətən bu şəhərin, əslində isə Gülmirənin əbədi dustağıydı və əgər danışmaq, söz demək qüdrəti olsaydı, heç şübhəsiz, Orxan bunun da özü üçün böyük, əvəzsiz bəxtəvərlik olduğunu söyləyərdi. Gülmirə ürəkdən inanmışdı ki, bu qara torpağın altından baş qaldırıb öz sevdiyinə söz söyləmək kimi bir möcüzə baş verə bilsəydi, Orxan yəqin ki, beləcə də deyərdi:

«Mən xoşbəxtəm ki, sənin yaşadığın, nəfəs aldığın, gəzibdolaşdığın bir torpaqda dəfn olunmuşam, gülüm. Bu, həyatımda mənə nəsib olmuş sonuncu və ən ülvi bir səadətdi, inan, gülüm.»

Gülmirə dünyada heç kəsin belə möcüzə görmədiyinə və hələ heç kimsənin torpaq altından bircə kəlmə söz yox, pıçıltı belə eşitmədiyinə qəti əmin olsa da, Orxan onun dediklərini eşidəcəkmiş kimi: «Ay mənim azad dustağım, sən yəqin özün də bilmirsən ki, indi mən sənin dustağın olmuşam: sən yalnız mənə görə dünya gözəli olan bu şəhərdən uzun illər heç yana çıxmadın

– təyyarələrin, qatarların, uzaq-uzaq şəhərlərin gözəl-gözəl mehmanxanalarının qapılarını öz üzünə bağladın. İndi mən o qapıları öz əllərimlə öz üzümə bağlayıram, Orxanım. Ölənə kimi sənin dustağın olacağam, əzizim, buna əmin ola bilərsən, Orxanım.» — söyləmişdi. Ancaq bu da yadındadı ki, belə düşünməyindən dərhal qorxmuşdu da. Lakin bu qorxu yaz yağışı kimi tez də keçib getmişdi. Və elə həmin gün — isti, bürkülü avqust günlərinin birində Orxanın çox da böyük olmayan şəklini qızıl suyuna çəkilmiş çərçivəyə saldırıb evindəki yazı masasının üstünə qoymuşdu. Yenə elə həmin gün Əqdəmi dəfn elədiyi vaxtdan geydiyi qara paltarın artıq köhnəldiyini görüb İyirmi səkkiz Aprel küçəsindəki dərzixanaya gedərək müxtəlif naxışları olan qara parçadan üç dəst gözəl don sifariş vermişdi — cavan əri ölmüşdü, həmişə qara paltar geyməkdə heç kəs onu qınaya bilməzdi. Bu da çox qəribə idi ki, son vaxtlar Gülmirə açıq-aşkar ikiləşdiyini hiss eləyirdi — belə qəribə və məntiqi bir-sual onu yormuşdu ki, bu qara paltarı Əqdəmə görəmi çıxarmayacaq əynindən, ya Orxana görəmi? Divardan Əqdəm baxırdı ona, stolun üstündən Orxan. Sanki ikisi də Gülmirədən cavab gözləyirdi. Əqdəmin gözlərində dəruni bir qüssə yatırdı, hardasa bir giley, inciklik, etibara inamsızlıq gizlənmişdi o baxışlarda elə bil. Orxan isə şəkildən gülümsünürdü, sanki sözsüz-sovsuz bir yarışda, çəkişmədə şəksiz qalib gələcəyinə qəlbən inanırdı və bu da maraqlı idi ki, həmin inam Gülmirəyə də sirayət eləyirdi hər gün... Qəribə deyildimi, dünyadan getmiş iki kişi dünyada qalmış bir qadın ürəyində səssiz-səmirsiz, qılıncsız-qalxansız vuruşurdu. Kim daha güclü idi, kim qalib, kim məğlub olacaqdı bu gizli döyüşdə? Hakim Gülmirə idi və o, ürəyinin səsinə qulaq asa-asa hökm çıxarmalı idi, bu hökm də ədalətli olmalı idi. Burda güc lazım deyildi, pul, vəzifə, gərək deyildi, ancaq ürək-məhəbbət lazım idi, çünki bu, məhəbbət döyüşü idi. Və bu hökmü düzgün, qərəzsiz vermək üçün dünyanın ən adil hakimi-hökmranı olmaq gərək idi. Gülmirə bütün səyini, vicdanını bu hökmü ədalətlə verməyə sərf etmək istəyirdi. Yavaş-yavaş inanırdı ki, ürəyinin, vicdanının tərəzisində Orxan üstünlük qazanırdı: çünki Gülmirənin gözlərini bu dolaşıq, mürəkkəb, bəzən anlaşılmaz adamlar gəzib dolaşan dünyaya ata-anasından da, müəllimlərindən də, az bir müddətdə bir yastığa baş qoyduğu Əqdəmdən də çox açan Orxan olmuşdu: o, zəhmətə, düzgünlüyə, dəyanətə, həqiqətə pərəstiş etməyi bir yerdə işlədikləri müddətdə hər an, hər saat, hər gün Gülmirəyə təlqin eləməyə can atmışdı. Doğrudur, bu yolda Orxan da hərdən çaşmışdı, büdrəmişdi; ancaq ömrünün son günlərində, bəlkə də lap son saatlarında sevdiyinin qəlbində elə bir düzlük və həqiqət şamı yandırmışdı ki, onu nə Salman Qurbanzadə, nə Əqdəmin xatirəsi, nə də sonradan Gülmirənin həyatına daxil olmaq istəyən ən məkrli adam belə söndürə bilməzdi. Bu da qəribə idi ki, Gülmirə harda, haçan Orxanı xatırlayırdı — yad eləmədiyi günlər, saatlar çox az olurdu

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 мин
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 мин
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 мин
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 мин

Стихи других поэтов