Birinci hissə, birinci fəsil
Страница 7 из 7 · 86%
Gülmirənin son sözləri otaqda ildırım kimi çaxdı. Aslanzadə döyükdü, dönüb Salmana baxdı. Salman elə haldaydı ki, bunu görmədi — çünki gözləri yumulmuşdu. Elə bil, bu boyda binanın üstünə bomba düşmüşdü, bina şaqqa-şaraqla uçub başına tökülürdü, uğultu, gurultu içində yerlərdən qopan sözləri, nidaları eşitmirdi. Nadirə gözlərini yummuşdu — qabağında balacalaşıb-balacalaşıb az qala stolun altına girən Salmana baxmaqdan qorxurdu sanki. Şöbə əməkdaşlarının hamısının gözləri heyrət içindəydi. Aslanzadə yamanca pərt olmuşdu — bura qədər Gülmirənin dedikləri ona elə də dəhşətli, qorxunc görməmişdi. Qız danışdıqca fikirləşmişdi ki, bunlar xırda-xuruş incikliklərdi--Salman, görünür, çaşıb, hansı mülahizəyə əsasənsə Füzulinin avtoqrafını Cəfər İsmayılzadənin adına çap olunmasını istəməyib, Gülmirə, ola bilsin, həqiqətən Orxanı sevirmiş — onun ölümü çavan gəlini sarsıdıb — keçib gedər, barışdırarıq. Ancaq Mirzə Yanarın əsərini Salmanın öz adına çap etdirməsi — bu, əgər doğrudan da belədirsə, ciddi məsələdir, çox ciddi məsələdir. Yenə inanmaq istəmirdi Aslanzadə. Ona görə soruşdu:
– Sən bunu sübut eləyə bilərsən? — Və bu sualı verəndə o, ürəkdən arzuladı ki, kaş eləyə bilməyə, kaş yalan ola, kaş belə bir iş baş verməmiş ola. Ancaq Gülmirənin cavabı onu büsbütün məyus elədi:
– Bəli, yoldaş Aslanzadə, bunu sübut eləmək o qədər də çətin deyil. Bax, budur Mirzə Yanarın əlyazması, bu da Salman Qurbanzadənin kitabı... İnanmırsınızsa, baxın, müqayisə eləyin. Onda hər şey sizə aydın olar!. — Gülmirə stolun arxasından irəli çıxıb qovluğu və kitabı Aslanzadənin qabağına qoyanda... Salman Qurbanzadə taqətsiz halda ayağa qalxdı və beli büklümuş halda otağı tərk elədi. Hamıya elə gəlirdi ki, bu, onun sonuncu gedişidi. Bayaqdan özünü zorla saxlayan, tamam başqa bir aləmə düşdüyünü güman eləyən Gülmirə, Salman qapını çırpanda sanki birdən-birə ayıldı, elə ortalıqda, əlləri ilə üzünü örtüb uşaq kimi hönkürdü.
Bu iclas institut tarixində görünməmiş bir hadisə idi, bu, öz yerində. Ancaq ömrünün çoxunu akademiyada keçirmiş, saç-saqqalını burada ağartmış, şöbə müdirliyindəi direktorluğa qədər yüksəlmiş Aslanzadə də son otuz-otuz beş il ərzində belə yığıncaq gördüyünü xatırlaya bilmirdi. Adi yadetmə mərasimindən başlayıb bu mərtəbəyə qədər yüksələn bu qeyri-adi məclis Aslanzadəni elə çaşdırmışdı ki, ilk anlar nə edəcəyini kəsdirə bilmədi, gah Gülmirəyə, gah mizinin üstəki qovluğa, gah da artıq bir-birinə dəymiş şöbə əməkdaşlarına baxıb:
– Ay yoldaşlar, sakit! Sakit olun, ay yoldaşlar! — dedisə də, bunun heç bir nəticə vermədiyini görüb: — İclasımız qurtardı!
– söyləyərək, qovluğu götürdü, otağın ortasında ağlayan Gülmirənin yanından sürətli addımlarla dəhlizə çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:
İkinci hissə, doqquzuncu fəsilYaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:
Üçüncü hissə, birinci fəsilƏfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».
Üçüncü hissə, ikinci fəsilNeçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.
Стихи других поэтов
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Səadətnamə, 71بی غرض یک سخن ز من بشنوره ببین اول، آنگهی میرو
Fuad paşanın mədhindəHər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,