Страница 1 из 2

– Ceyhun.

– Nədi?

– Yaxın gəl görüm.

Ceyhun anasının nə üçün çağırdığını müəyyən eləməyə çalışırmış kimi, uzun kirpikli ala gözlərini ona dikdi və bu gün bir günah işləyib-işləmədiyini, pis iş tutub-tutmadığını yadına salmağa çalışaraq irəli yeridi. Çünki anası onu belə çağıranda həmişə ciddi bir söhbət başlanırdı; Ceyhun ya danlanır, ya da anası bərk hirslənirdi.

– Bayaq balkondan fikir verirdim. Sən nə üçün orada yad kimi dayanmışdın?

– Bəs neyləyəydim? — deyə qorxulu bir hadisə olmadığını başa düşən Ceyhun gülümsədi.

– Niyə qaynayıb-qarışmırsan onlara?

Ceyhun çiynlərini çəkdi.

– Onların arasında məgər dostun yoxdur?

– Yox.

– Niyə? Dostsuz, yoldaşsız adam olar? O qoca motorçunun oğlu pis oğlandı?

– Onun ancaq gitara çalmağından xoşum gəlir.

– Demək, özündən xoşun gəlmir, hə? Başqa uşaqlardan necə, onlardan da?

Çətin sual verilmişdi. Ceyhun nə deyəcəyini bilmirdi. Salman iş otağından çıxıb gümüşü saçlarına sığal verib dedi:

– Apar maşını qoy yerinə!

Ceyhun anasının sualını cavabsız buraxdı. Bu fürsət əlinə göydən düşmüş kimi açarı atasının əlindən qamarlayıb aldı, qaça-qaça otaqdan çıxdı. Pillələri şappıldada-şappıldada düşdü.

Salman maşın sürməyi oğluna gecən il öyrətmişdi, bağda olanda. Ceyhunda maşına böyük həvəs var idi. Üç-dörd ay bundan qabaq, Salman Moskvaya gedəndə Ceyhun təyyarə meydanından maşını özü qaytarıb gətirmişdi.

Nadirə üzünü Salmana tutub:

– Bu uşaq maşın sürməyə yaman can atır. Deyəsən, şoferdənzaddan olacaq, — dedi.

Salman qabağına xalça sərilmiş divanda oturdu, qarşısındakı pianonun qara aynasında özünə fikir verib saçını əli ilə geri yatırtdı:

– Şoferə bax, a!.. Bizim oğlumuz şofer?

– Elə söz deyirsən ki,... — Nadirənin dodaqları qaçdı.

– Yox, canın üçün, dırnaqlarına döyə-döyə alim eləyəcəyəm onu!

– Alim?

– Bəs necə?

– Zornan?

– Ağzı nədir olmasın! Yox bir, desinlər, professor Salmanın oğlu şoferdi. Onda gərək mənim bağrım çatlaya.

Nadirə dinmədi.

– Sənin, mənim qabağıma kim düşüb, qolumuzdan kim tutub qaldırıb? Heç kəs! Nə böyük çətinliklərlə gəlib ortalığa çıxmışıq. O niyə çıxmasın? Nə şərait istəyir varıdı. Qabağında da şir kimi atası durub. Niyə olmasın, Nadirə?

– Gərək həvəsi, qabiliyyəti ola!

– Olar, olar.

Nadirə gəlib ərinin yanında əyləşdi: indi qənşərindəki pianonun qara aynasına iki şəkil düşmüşdü. Nadirə Salmana sarı döndü:

– Sən, deyəsən, elə Gülmirəni də «dırnaqlarına döyə-döyə» alim etmək istəyirsən, — deyə çoxdan demək istədiyi, münasib fürsət gözlədiyi sözü Salmanın üzünə vurdu.

– Gülmirəni?

– Hə.

– Niyə, ona nə olub ki?

– O olub ki, savadsızdır, ondan alim çıxmaz!.. Sən şöbə müdirisən, şöbəyə işçi götürəndə birinci növbədə onun elmi qabiliyyətini yoxlamaq borcundur. Yoxsa bir adam illzrla elmi-tədqiqat institutunda işləyib, dövlətin ətək-ətək pulunu alıb xərcləyir, əvəzinə nə verir? Heç nə! Özünü də aldadır, səni də, idarəni də! Bu cinayət deyilmi?!

– Axı Gülmirə...

– Bilirəm, deyəcəksən ki, axı biz onun atası ilə dostuq, ailəvi dostuq.

– Bəli.

– Özün görürsən ki, mən həmişə o ailəyə çox böyük hörmət etmişəm, edəcəyəm də. Ancaq bu tamam ayrı məsələdir.

– Yəni deyirsən,— Salman yavaş-yavaş səsini qaldırmağa başladı, — mən öz dostumun qızını şöbəmə götürməyəydim?

– Gərək götürməyəydin, Salman!— Nadirə qətiyyətlə bildirdi.

– O bəlkə də, müəllim olardı, bəlkə bir idarədə katibəlik edərdi. Ancaq alim... Sən elə bilirsən ona yaxşılıq eləyirsən?

– Yaxşılıq eləmək borcumdur. Bəs mən nə günün dostuyam? Nə zaman ona yaxşılığım keçəcək?! Şöbəyə neçə adam götürürəm, biri də olsun o!— Salman sözünə ara verib davam etdi! —Deyirsən, savadsızdır, kişinin qızı beş il universitetdə oxuyub, əlində gül kimi diplomu...

—Əlində diplomu olan hər kəs alim ola bilməz, Salman!

– Çox qəşəng ola bilər. Yoxsa mən, sən anamızın qarnında alim olmuşuq?

– Yox.

– Çalışmışıq öyrənmişik.

– Mən çox ümüdsizəm, Salman!— deyə Nadirə mümkün qədər səsinə yumşaq ahəng verməyə çalışdı.— Çünki o, şöbədə, mənim gözümün qabağındadır. Sən öz otağında olursan, görmürsən. Ancaq mən görürəm. İşə gəldimi, kitabı, kağız-kuğazını açıb qoyur qabağına. Ancaq oxumur. Çalışmır. Bir az xəyalpərvərdir, deyəsən, gözü elə göylərdədir.

– Neyləsin, cavandır, yazığın yarı canı göydədir axı!..

– Bilirəm Əqdəm göydədir. Ancaq nə olsun, bunun elmə nə dəxli var? Alim olmaq istəyən öz fikir və düşüncələrini bəşəriyyət üçün mənəvi sərvətə çevrilmiş sənətkarı həvəslə, ehtirasla tədqiq etməlidir. Üzdən baxanda çox adi görünən sözdən söz çıxarmağı, ondakı ictimai mənanı, dərin məzmunu şərh etməyi bacarmalıdır. Ancaq sənin Gülmirən bu işin öhdəsindən gələ bilməyəcək, Salman! Onda qabiliyyət olsaydı, bu arzu onu daxilən dəyişərdi. Gülmirə bu böyük, çətin və nəcib işin qarşısında öz acizliyini açıq-aydın görür. Hər kölgədə böyüyəndən, onun-bunun daldasında gizlənəndən tədqiqatçı olmaz! Alimlik həvəsinə düşən Orxan kimi çalışmalı, Cəfər kimi özünə qarşı tələbkar olmalıdır. Onları bir dəqiqə boş gəzən görməzsən. Tənəffüsdə də, çörək yeyəndə də gözləri elə kitabdadır.

Orxanın adını eşidəndə Salman vəcdə gəldi:

– Sən yaxşı bilirsən ki, Orxanı mən yetişdirmişəm, o mənim tələbəm olub. İndi də Gülmirəni öyrədərəm, o da çalışar, fəallaşar.

– Quyuya su tökməklə sulu olmaz.

– Olar, olar. Ondan hərəkət olar, məndən bərəkət. —Professor bir an susub nəsə fikrə getdi, sonra dedi:—Pay atonnan! İllər nə tez gəlib keçir, Orxan, Gülalı mənim gözümün qabağında böyüdü. Orxan çəlimsiz bir oğlan idi. Elə utancaqdı ki, lap qız kimi... Yadındadır, Nadirə, sıxıla-sıxıla bizə gələrdi:

– «Professor, bir balaca məqalə yazmışam, vaxtınız olsa, baxın»,— deyərdi. Cəfər isə Nikolayı taxtda görüb, köhnə qurddur, pusquda duran bir yırtıcıdır. Əlinə fürsət düşsə, aman verməz, adamın boynunu vurar. Onun dabbaqda gönünə bələdəm. Su səhəngi suda sınar. Dilinin bəlasına düşdü, getdi neçə il yatıb gəldi. Amma yenə dilini dinc qoymur. Fikirləşə ki, bəs Salman məndən bir-iki yaş da balacadı, amma professordu. Bir nəticə çıxarda ki, o hələ indi kiçik elmi işçidi, indi iamizədlik yazmaq istəyir. Prezident olmasaydı, yuxarıdan zəng çalmasaydılar, onu şöbəyə yaxın buraxan kim idi?

– Elə burada səhv eləyirsən, Salman. Cəfər Gülmirədən min dəfə savadlı adamdır. O, elmimizə çox xeyir verə bilər, nəinki sənin dostunun qızı.

– Heyif ki, yetmişində öyrənir, gorunda çalacaq.

—Onu bilmək olmaz. Obyektiv adamdı. Obyektivlik isə amansızlıq deyil.

– Eh Nadirə xanım, icazə verin ev elmi şurasının növbəti iclasını bağlı elan edib, bir az da beynəlxalq aləmlə məşğul olaq, görək dünyada nə var, nə yox,— deyə Salman adəti — üzrə həmişə belə uzun söhbətdən, mübahisədən sonra təkrar etməyi xoşladığı sözlərlə bu ixtilata xitam verdi və:

—Ay Sədəf!..— deyə səsləndi.

Sədəf yan otaqdan çıxıb qapının ağzında dayandı.

– Sərin sudan-zaddan nəyin var gör xaladelnikdə? Bacın o qədər danışdırdı ki, boğazım lap qurudu.

– Badamlı var.

– Gətir.

Mətbəxdə soyducunun qapısı şaqqıltı ilə açılıb örtüldü.

Salman nazik stəkanla su içib, Sədəfə:

– Çox sağ ol, oğlunun toyunda konyak içək, —dedi. Sədəf azca qımışdı, getdi.

Nadirə, Salman, Ceyhun masanın başına yığışdılar. Qəzetlər xışıltı ilə açıldı. Hərəsi birini nəzərdən keçirməyə başladı. Üç-dörd dəqiqə keçmiş Nadirə sevincək dedi:

– Bıy, «Kommunist»də Orxanın məqaləsi çıxıb.

Ürəyi Nadirənin Orxan haqqında bayaq dediyi sözlərdən atlanmış, sinəsi fərəh və qürur hissi ilə qabarıb qalxmış Salman əlindəki qəzeti böyrünə atıb dikəldi:

– Doğrudan? Hanı?.. Baxım... — Boğazını uzadab Orxanın adını iri məqalənin altında oxudu. — Hə, görürsən də mənih yetirmələrim neyləyir?

Salman bu eyhamla arvadına demək istəyirdi ki, Nadirə, darıxma, vaxt gələr indi sənin kölgəsini qılıncladığın Gülmirə də Orxan kimi məşhurlaşar.

Nadirə onun kinayəsini başa düşsə də bənd olmadı.

– Görəsən, nə barədədir?

Nadirə sərlövhəni bərkdən təkrar etdi:

—«Obyektivlik—sənətin canıdır».

– Hm...«Obyektivlik — sənətin canıdır». Sərlövhəyə bax! Ver oxuyum, Nadirə.

– Yox, mən oxuyum, sən qulaq as.

– Oxu.

Nadirə ucadan oxumağa başladı. Oxuduqca Salmanın pırpız qaşları aşağı-yuxarı tərpənir, barmaqları ilə çallaşmış bığını sığallayır, xoşuna gələn yerlərə «əhsən», «lap əla!» — deyə öz münasibətini bildirirdi. Məqalənin necə deyərlər, şirin yerində Nadirənin səsi qırıldı.

– Nə oldu?

Nadirə bir neçə sətri səssizcə nəzərdən keçirdi, qəzetdən gözünü çəkib Salmana baxa-baxa:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, üçüncü fəsil

Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.

6 мин
Birinci hissə, dördüncü fəsil

Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaqqənşərdə, tramvay yolunun o tərəfində ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə... İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:

10 мин
Birinci hissə, beşinci fəsil

Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...

3 мин
Birinci hissə, altıncı fəsil

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...

14 мин

Стихи других поэтов