İkinci hissə, on birinci fəsil
Страница 2 из 2 · 50%
– Bizim kitabdır, — deyə Gülmirə sakitcə dedi və özünün belə deməsinə təəccüb elədi.
– Necə yəni bizim kitabdır?
– Məni təbrik edə bilərsən, Əqdəm, məqaləm çıxıb.
– Hanı?
—Əlindəki kitabda.
– Kitabda?
Əqdəm göy cildli kitabı tez-tez vərəqləməyə başladı. Səbri çatmadı, mündəricəsinə baxdı. Gülmirənin adı, familiyası yazılmışdı. Səhifəsini tapıb açdı, Əqdəm sanki bu günü çoxdan gözləyirmiş. Bircə anda ürəyini sonsuz bir sevinc bürüdü, eyni ilə göylərdə uçduğu zamanlarda olan kimi özünü yüngül və xoşbəxt hiss elədi. Nəhayət, Gülmirənin də əsəri çıxdı. Kitabda, alimlər arasında...
– Gəl səni təbrik edim; Gülü! — deyə o, irəli yeriyib Gülmirənin əlini sıxdı. Sonra ehmalca özünə sarı çəkib saçlarından öpdü, — Gün o gün olsun ki, böyük kitabların çıxsın!
– Elə bir şey deyil, — deyə Gülmirə pörtmüş halda cavab verdi. «Sağ ol, Orxan!» — Ürəyindən keçirdi. Onun sifətindəki, baxışındakı dəyişiklik Əqdəmin gözündən yayınmadı.
– Sənə nə olub? Yanaqların qızardı. Yəqin, sevincdəndi, hə?
– Hə, Əqdəm, düzü, yaman sevinirəm.
– Məni də sevindirdin, Gülü! Özün hiss eləməmiş olmazdın ki, mən sənin əsər yazacağına o qədər də inanmırdım.
– Bilirdim. Təkcə sən yox, çoxları inanmırdı.
Əqdəm stul çəkib oturdu. Məqaləni oxumağa başladı. Gülmirə paltarını dəyişdi, şifonerə qoyanda Əqdəmin dünən gələndə gətirdiyi şubaya bir də baxdı. Mətbəxə keçib yemək hazırladı.
– Mütəxəssislər nə deyirlər?
– Tərifləyirlər, Əqdəm, — Gülmirə ona baxmadan cavab verdi.
Kimlər oxuyub?
– Professor oxuyub. Nadirə oxuyub.
– Nadirə nə deyir?
– Dedi ki, yaxşıdır. Təbrik elədi.
– İki ilə, inşallah, müdafiə edərsən. Sənin müdafiə elədiyin gün gərək mənimçün bayram ola. «Dostlquq» restoranında sənə, sənin yoldaşlarına gərək bir banket verəm ki, illər uzunu dadı damaqdan getməsin.
– Çox sağ ol, Əqdəm!..
– Ancaq çalış, yaxşı alim ol, barmaqnan göstərsinlər səni. Elə deyil?
—Əlbəttə, elədir...
Axşam Yaşıl teatrın qabağında adam əlindən tərpənmək olmurdu. Teatrın dörd yanı gömgöy ağaclarla əhatə olunmuşdu; elə bil, teatr meşə içində bir tala idi. İçəri keçənlər yanaşı gəzişir, balaca meydançada dövrə vururdular. Yuxarıdan baxan olsa, adamlardan ibarət bir dairənin təkər kimi fırlandığını görərdi.
Gülmirənin əynindəki paltar elektrik işığı altında alışıb-yanırdı; adama elə gəlirdi ki, göz kimi qızaran o nöqtələr indicə alova çevrilib, hərbi geyimli o cavanın yanınca hərlənən bu gözəl gəlini yandırıb külə döndərəcək. Ancaq yox, o, közərə-közərə gəzirdi.
Birinci zəng vuruldu. Adamlar yavaş-yavaş cərgədən çıxdılar, dairə pozuldu və oturacaqlar dolmağa başladı.
Əqdəm çoxdan Gülmirə ilə nə teatrda, nə də kinoda olmuşdu. Bu axşam onun üçün xüsusilə mənalı və gözəl idi. Onlar öz yerlərini tapıb yenicə oturmuşdular ki, kimsə dedi:
– Gülmirə, salam, sən də buradasan? Gülmirə çevrildi.
– A, Orxan, salam! Cəfər də buradadır ki!.. Orxan soruşdu:
– Bəs sən bayaq bilet götürmədin axı?
—Hə, götürmədim. Əqdəm götürüb. — Gülmirə azca qızardığını özü hiss elədi. Əri ilə Orxanı və Cəfəri tanış eləmək lazım olduğunu az qala yadından çıxarmışdı. Əlini irəli uzadıb: — Tanış ol, Əqdəm, mənim iş yoldaşlarımdır, — dedi, —Orxan tanış ol, mənim...
Əqdəm qalxıb arxa cərgədən əlini ona uzadan Orxanın əlini tutdu. İkisi də bir-birinin əlini möhkəm sıxdı və Orxan düz onun gözlərinin içinə baxdı. Orxan Əqdəmi birinci dəfə görürdü. Onun geyimi, üzünün xoşbəxt və məmnun ifadəsi Orxanın ürəyində qəribə hisslər oyatdı: «Niyə də xoşbəxt olmasın, xoşbəxtlik yanında oturub!»
Orxan Əqdəmin boynunun ardına, poqonlarına, enli kürəyinə baxır, gizli bir duyğu onun sinəsində alışıb-yanan hisslərin əbəs olduğunu dönə-dönə qulağına pıçıldayırdı. Orxan məyuslaşırdı. Ona elə gəlirdi ki, Əqdəmin arxada, boynunun ardında da iki gözü var; o, Orxanın ürəyinə nüfuz edir, ordakı qəribə, anlaşılmaz duyğuları görür, oğlanı məzəmmət eləyirdi: «Eyib olsun, Orxan, özgə səadətinə göz dikmək mərdlik deyil, Orxan!..»
Elə bil, Gülmirə də bu axşam İstanbul müğənnisinin məlahətli səsindən ləzzət ala bilməyəcəyini irəlicədən görüb narahat olmuşdu. O, yerində tez-tez qurdalanır, Əqdəmə sığınıb hərdən qulağına nəsə pıçıldayırdı.
Konsert başlanmışdı. Gözəl, sarışın saçlı bir türk qızı səhnədə həzin və kədərli, məlahətli və oynaq mahnılar oxuyurdu.
Orxan onların ikisinin arasından səhnəyə baxırdı. Gülmirə isə Əqdəmə çox yaxın oturduğundan Orxan tez-tez boylanmalı olurdu.
«Gecə keçmiş yarıdan,
Aman ya-ar...:
– deyə xanəndənin pərdə-pərdə gah enib, gah qalxan səsi Orxana yuxularda eşitdiyi sehrli səsləri xatırladırdı. Bu axşam qəribə axşam idi. Bu axşam nəğməylə, musiqiylə, kədər və sevinclə nəfəs alan bir axşamdı. Orxan bu gecəni çətin unudardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...
Dördüncü hissə, on üçüncü fəsilƏbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?
Dördüncü hissə, on dördüncü fəsilYerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:
Dördüncü hissə, on beşinci fəsilElməddin ağayi Nəcməddinin çarpayısı yanında oturmuşdu. Kişi yenə yumağa dönüb balacalaşmışdı, yorğan-döşəyin içində itirdi az qala. Çox arıqlamışdı, gözləri çuxura düşmüşdü. Elməddinin bu vəziyyətdə ona yazığı gəlirdi. Nəcməddin isə bunu sanki onun üz-gözündən oxudu və incik-incik dedi:– Görürəm mənə yazığın gəlir. Yox, oğul. Mənə yazığın gəlməsin. Mən xoşlayıram ki, başqalarına mənim ürəyim yansın, halına acıyım. Amma mənə yox. Mən onda özümü çox pis hiss edirəm, Elməddin. Mən həyatımı yaxşı yaşamışam, ürəyim necə istəyib, nə istəyib onu da eləmişəm. Bu dünyanın heç bir nemətində, ləzzətində gözüm qalmayıb. Dünyanın qanunudur: bir gün yaranan bir gün də öləcək. Mən o dəhşətli hesab edilən ölümdən də qorxmuram. Onunla görüş — çoxunun qorxduğu və dizlərini titrətdiyi görüş cəmi bircə andır. O anı ləyaqətlə qarşılamağı hər kişi bacarmır, amma sənin bu qoca Nəcməddinin ondan da qorxmur.
Стихи других поэтов
Niçe gönül kuşı saguna ileDile kılma nazar cânumı dile
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Hərbi-müsəlləs, yaxud cəngi-seahəngDəryada hərb, yerdə də hərb, asimanda hərb,Ey aləmin ilahi, nədir bunca hərbü zərb?
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!