Əbdürrəhman bəy Fətəlibəylinin Milli Azərbaycan Qurultayındakı məruzəsi
Azərbaycanın Milli azadlıq hərəkatının rəhbəri kimi Mili Birliyin Azərbaycan Məclisi öz qarşısına aşağıdakı vəzifələr qoyur:
- Bolşevizmin məhv edilməsi və Qafqaz Birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması
- Bolşeviklərsiz və istismarçılarsız Qafqazın bütün xalqları ilə əməkdaşlıqda yeni Azərbaycanın yaradılması. Yeni Azərbaycan aşağıdakı prinsiplər üzərində qurulacaq: a)Bütün zəhmətkeşləri sərbəst işləmə imkanı ilə təmin etmək və namuslu əməyi əsasında zənginləşdirmək: b)Kolxozların ləğv edilməsi və torpaqların kəndlilərə paylanması
- Elmin inkişafı və insanların sərbəst yaradıcılıqla məşğul olması üçün hər bir şəraitin yaradılması
- Azərbaycan Elmlər Akademiyasının təsis olunması. Bütün əhaliyə aşağı, orta və ali təhsil ocaqlarında pulsuz təhsil verilməsi.Tələbələrin dövlət təqaüdü ilə təmin olunması
- Bolşeviklər tərəfindən məhv olunmuş milli mədəniyyətin, milli dilin bərpa edilməsi
- İstismarçılığın yaranmasını təqib etmək
- Kənd və şəhərlərin yenidən qurulması, istirahət guşələrinin, yolların, hidroelektrik stansiyaların tikilməsi və xalqın həyat şəraitinin və mədəniyyətinin yüksəlməsinə imkan yaradan və Azərbaycanı qısa müddətdə çiçəklənən, xoşbəxt ölkəyə çevirən bütün tədbirlərin həyata keçirilməsi.
Yeni Azərbaycanda daxili münaqişələrə, sinfi müharibələrə yer ola bilməz. Biz yol verə bilmərik ki, Yeni Azərbaycanda köhnə hadisələrin hesabı aparılsın. Hər bir inciklik unudulmalıdır. Biz xalqımızın gücünü bu cür dağıdıcı işə sərf edə bilmərik. Xalqın bütün enerjisi yaradıcı, mədəni işə istiqamətləndiriləcək. Tam sərbəstlik yaratmaq və işləmək imkanı bolşeviklərin dövründə kim olmasına baxmayaraq hər bir azərbaycanlıya veriləcək. Yeni Azərbaycanda bir-biri ilə mücadilə aparan siniflər ola bilməz. Vahid zəhmətkeş Azərbaycan xalqı olacaq. Biz Azərbaycanda yaşayan digər millətlərin zəhmətkeşlərinə qonaqpərvər münasibət bəsləyəcəyik,təki onlarda bizimlə çalışmaq həvəsi olsun. Digər millətlərin milli namusu və milli nailliyəti Azərbaycanda sıxışdırılmayacaq. Bütün qafqazlılar Yeni Azərbaycanda özlərini evlərindəki kimi hiss edəcəklər.
Biz azərbaycanlılar yaxşı bilirik ki, bu məsələləri yalnız fədakarlıq və güclü iradə ilə həyata keçirə bilərik.
Biz əminik ki, Qafqazın və Azərbaycanın azad olunması yalnız bütün Qafqaz xalqlarının əlində silah birləşmiş gücü ilə mümkündür.
Biz bizə mənəvi dəstək verən, bütün həyat yolumuzu işıqlandıran azadlıq və doğma Qafqazın nailliyyəti və namusu uğrunda mübarizə yolunu tapdıq.
Biz Klauzerin mövqeyindən yanaşırıq: «Xalq üçün onun namusu və azadlığından uca heç nə yoxdur. O onları son nəfəsinə qədər qorumalıdır, çünki onun milli namusunu və azadlığını qorumasından müqəddəs borcu yoxdur.
Heç bir şübhə yoxdur ki, bütün qafqazlılar öz müqəddəs borcunu yerinə yetirəcək və son nəfəsinə qədər Almaniya ilə birgə bəşəriyyətin düşməni olan bolşevizmlə vuruşacaq və Qafqaz xalqlarını bolşevik uçurumundan azad edəcəklər.
Var olsun azad və müstəqil Azərbaycan!
Var olsun vahid, azad və müstəqil Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fetelibeyli-ebdurrehman-bey-fetelibeylinin-milli-azerbaycan
Другие произведения автора
Mərhəba, çox möhtərəm Məhəmməd Əmin!Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubuCənab general!Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum.
Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubuCənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.
Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubuMəhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.