Bu da belə bir nağıldı.
Bu da belə bir nağıldı.Taxtadan adam yondum,adını qoydum Ağıllı;geyindirdim şux.Kişilər həsəd apardı,qızlar, gəlinlər oldu aşiq.Məclislərdə susdu,iclaslarda susdu,toylarda susdu,yaslarda susdu.Nə bir dəfə qımzandı,Nə də əhvalı pozuldu.Susduqca da hörmət qazandı –Axı deyiblər:“Susmaq qızıldı”.Axırda vurub özüm sındırdım.Dedilər: “Ağıllıların düşmənidi”.Nağıl burda qurtardı.Nağıl dəbinə görə gərəkGöydən üç alma düşəydiBiri də düşmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-bu-da-bele-bir-nagildi
Клавиши ← → для перехода, R — случайное стихотворение