Çöldə bir küçük var totuq, balaca,bayırda soyuqdu, bayırda qardı.Qış baxmır çılpağa, qış baxmır aca,qışın qərarı da soyuq qərardı.

Nə qədər qorxu var qara gözlərdə,qapıya sığınıb yazıq, qorunur.Yalın ayağından qalan izlər dəqar üstə elə bil üşüyür, donur.

Qapı dabanında, küncdə büzüşür,gözü yaşla dolur, küçük ağlayır.Bəzən də üstünə lopa qar düşür,qışqırıb qapını o, cırmaqlayır.

Evə girsin deyə qapını açdım,çəkilib qar üstdə kənarda durdu.Gəldim ona sarı, ona yanaşdım,baxıb yazıq-yazıq boynunu burdu.

Deyirlər, murdarsan, elə olsa da,körpə taleyinlə əzizsən, küçük!Elə murdarlar var qoca dünyada,onlardan min dəfə təmizsən, küçük!

Ay küçük mən səndən pis gün görmüşəmSən öz it gününə çox pis gün deməElə adamlara çörək vermişəmYeyib çörəyimi hürüb üstümə.

İstəsən şeir də oxuyum sənə,nə olar, ay yazıq, adın küçükdür.Elə adamlara şeir demişəmOnlar qanacaqda səndən kiçikdir.

Zarafat həddini bəlkə aşıram,xilqətin dözümlü, igid küçüyüElə sən susursan, mən danışıram,Tutur söhbətimiz, ay it küçüyü!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов