Qansam əgər bəlkə başım daşdan-daşa dəyəcək,Qanmaz olsam, dərd çəkmərəm, bunu gərək danmayım –Bu da var ki, onda məndən çiçəklər inciyəcəkİndi düzü mat qalmışam, mən qanım, ya qanmayım.

Qansam gərək həmdəm olam hər tanışa, hər yadaNecə qanım, nadanların halına mən yanmayım.Mən qanmasam, bir qanmaz da artacaqdır dünyada,İndi düzü mat qalmışam, mən qanım, ya qanmayım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов