Hər gün səhər ayaqlarım yola düşür.Yolda dünənki izlərimlə də görüşür.Oyandığım çağ,Düşdüyüm dayanacaq,Qalxdığım pillələr,Gördüyüm üzlər,Verdiyim salamlar,Dediyim sözlər,əzbər, əzbər.Gördüyüm işvərdiş.Otaqda nəzakət,dəhlizdə gülüş,vərdiş.Az sonra yenə Zəhra xanımın tanış səsi,şüşə kimi sınırzərif hövsələsi.Ay aman, tüstüdə boğdunuz məni,Açın qapını, pəncərəni!Sən demə papiros çəkirikmiş.Eh vərdiş, vərdiş...Deyirəm heç olmasahər səhər işə gələndəmənə yalan deyəydin –İnanmağı məndə.İnanım, ya kədərlənim,ya da sevinim.Sonra yalan olduğunubilim.

Yenə də ya kədərlənim,ya da sevinim...

Təhqirdir vərdişlə görülən iş,verilən salam!Vərdişlə işləyənləriidarəyə buraxmayaq,vəssalam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов