Ərinib çağrılan yerə gəlməyən,Ozanı saymayan ozana ayıb!Beş çərək təpəni aşa bilməyən,Beş kəlmə quru söz yazana ayıb!

Dostun var gününə baxıb darılan,Dostun dar günündə gendə var olan,Yolun yarısında bezib yorulanİlqarı, ülfəti pozana ayıb!

Min kərə demişəm, təzə nə deyim,Üzdən utanmayan üzə nə deyim,Sözün canı yoxdur, sözə nə deyim?!Düz sözü əyriyə yozana ayıb!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов