Mərmərdə donmuş təbiət
Bu şeir təmirdən əvvəl yazılıb«Bakı soveti»metro dayanacağındaqəribə bir sərgi var.Mərmərə çəkilmişyüzlərcə soyuq mənzərədivarları bəzəyib.Rəngli şəkillərəbənzəyirbu lövhələr.
Tələsməyin,yeraltı qatarlaraayaq saxlayın bir an,nəfəs dərin bir az,Baxın,dünyanın körpəlik çağına.Baxın,o uzaq dövrünbuluduna, dərəsinə, dağına.Bir ora bax!Mərmərdə buludlar,damar-damar,təmiz, ağappaq.Burda yağış çəkilib,orda qar.Hələ otlar bir qarışdı,Ağaclar kol boyda.Hələlik su azdı bu çayda.Həyat dənizdə üzürdü hələ,Yerin yetim çağı,kimsəsiz çağı,çiçəksiz,ağacsız,insansız çağı,mərmərdə daşlaşıb,matdım-matdım sənə baxır,Bu günə baxır.
Su, Külək, bir də GünəşÇəkib bu şəkilləri.Su ovub,Külək cızıb,Günəş yandırıbBurdakı işıq-kölgə telləri.Üçü bir yerdəMərmərə həkk edibBir parça göyü,Bir parça yeri.
Burda bir dağ var,Baba dağıdır sanki.Orda bir göl var,Göygöldür deyəsən.
Bir mağara qaralır – Azıx,Bir qayalıq ucalır – Qobustan,Bir qoşa çay axır Kür-Araz.Bir dəniz də var, bəlkə Xəzərdi,Mərmərdə dönmüş təbiət,soyuq da olsa gözəldir.Gözəldir,anamız torpağıninsanaqədərki çağı.Tələsməyinyeraltı qatarlaraayaq saxlayın bir an,nəfəs dərin bir az,baxın,dünyanın körpəlik çağına,baxınbuluduna, dərəsinə, dağına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-mermerde-donmus-tebiet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin