Günəşin bir zərrəsiyəm,
İşıqdan gəlmişəm, gəlirəm, gələcəyəm.
Dünənəm, Bügünəm, Gələcəyəm,
Milyard illərdir yoldayam,
Yolda ulduz, daş, ağac,
insan olmuşam.
Yolda, qətrə, çay, dəniz,
ümman olmuşam.
Kainatı iki bölüb gəlmişəm,
Neçə dəfə ölüb – gəlmişəm.


Günəşdən qopub
torpağa qarışdığımı
insan olanda bilmişəm.
İnsan olanda bilmişəm
işığın qədrini.
Torpağın qaranlığı
qorxutmur məni.
Ox kimi sancılıb
Yerin o üzündən çıxacağam.
İşığa dönmək üçün
yenə göyə qalxacağam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов