Qoy başını çiynimə, gülüm
Qoy başını çiynimə, gülüm,Qoy uzansın bu qatarın yolu.Çiynimdə daş daşıdığım olub,dərd daşıdığım olub,Bu da qismətimdə varmış,Çiynimdə gözəllik də daşımalıyammış!Qoy başını çiynimə, gülüm.Qoy uzansın bu qatarın yolu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-qoy-basini-ciynime-gulum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tələbəlik illərindən bacı bildiyimMəryəm xanıma
Xırdaca gəlinYol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.
Daş balkonBu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Kinomexanikin bacısı(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Стихи других поэтов
Pəncərəmin önündə bir söyüd ağacıÇəkilmişdi göyün üzünə.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür