Yaxşılıq
Yaxşılıq eləməkçün gəlib dünyaya insan,Bu məqamda bilinir, bizim fərqimiz daşdan.Gördüyün bu gözəllik, bu naz-nemət, bu həyat,Göylərin özü belə göyərib yaxşılıqdan.
Yaxşılığın qapısı həmişə açıq ola,Yaxşılar çox olarsa, yaxşılıq da çox olar.Ölüm ilə ayrılıq haqq olsa da dünyada,Acıqca yamanlığın ayağına çıxılar.
Yaxşılıqla qurtara təki bütün gümanlar,Yaxşılıqdan su içə qəlbimizə damanlar.Mizan-tərəziyə bax, bu da yaxşılıqdır ki,Yaxşıların üzünə çörək tapır yamanlar.
Yaxşı gündüz xəyallı, yaman gecə fikirli,Yaxşı necə qılıqlı, yaman necə məkirli.Yaxşılıqla yamanlıq bir-birini qovdu ki,Təbiətdə nə varsa, dönüb oldu ikili.
Günəş də yaxşılıqdır, o boyda, o biçimdə,Özü boyda mehr var Günəşin də içində.Günəşdəndir dünyaya dünyaların gəlişi,Günəşdəndir dünyadan dünyaların köçü də.
Bakı, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-yaxsiliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Şeirimizin beşillik mənzərəsini çəkib, mənim adımı çəkməyənə)*Qumbaraya bərkitmişəm – mən adımı,
70 yaş və pillələr«İllər və pillələr» şeirinin müəllifixalq şairi Rəsul Rzanın xatirəsinə
Bu dünya belə dünyadıSağ əl sola lağ eləyir,Sol əl sağdan umur, küsür.
Qoşmaya qoşmaGör, ilham pərisi küsüb, gəlmirsə,Qoşa bilərsənmi şeir, qoşma – gəl!