Dar günümdə getdim dost qapısına,Hirslə yanıb-söndü qapı gözlüyü.Qırdı ümidimi, kəsdi yolumu,Yolkəsənə döndü qapı gözlüyü.

Zəng haray qopardı, dost diksinmədi,Təsəlli istədim, qəlb isinmədi.Ev dolu adamdı, kimsə dinmədi,Eyham ilə dindi qapı gözlüyü.

Ürək dostluğunu çətində sına,Bir himə bənddi ki, şüşətək sına.Bir göz qırpımında dost arasınaPərdə olub endi qapı gözlüyü.

Yoxmuş korolmuşda insaf əsəri,Gözümə tor gəldi, görmədim yeri.Dünya zülmət oldu, qayıtdım geri,Yoxsa, duman-çəndi qapı gözlüyü.

Yalançı dostluğun yoxdu axırı,Çıxar əvvəl-axır üzə paxırı,Mən elə bilirdim yada baxılır,Demə, dost üçündü qapı gözlüyü.

Bakı, 1987

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов