Daha bir gəraylı
Tələbəlik illərindən bacı bildiyimMəryəm xanıma
Ömrüm Axsu – dolayıdır,Dərələrim qubar dolu.Şerim də düyün-düyündü,Hər düyünü qabar dolu.
Başını sallayıb gedən,Doymadın çürük meyvədən?!Dadına baxmırsan nədən,Misralarım nübar dolu.
Sənə şirin şirin gəlir,Şirin sənə dərin gəlir.Amma mənim şerim gəlir –Hər eyhamı bibər dolu.
Şirinə aldanma, qoçaq,Həqiqət acı olacaq!Barsız söyüd sırma-saçaq,Turş alça bəhrə-bar dolu.
Şair dərdi görüb, deyirDərd də görünür, yeriyir.Şirin sözlər tez əriyir,Acı sözlər təpər dolu.
May, 2007
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-daha-bir-gerayli
Клавиши ← → для перехода, R — случайное стихотворение