Özün qocalasan gərək,Qocalıq nədir biləsən.Bir zaman gur ocaq idin,İndi dönmüsən külə sən.

Günlər qaçaqaçla ötər,O əvvəlki şuxluq itər.Dörd bir yanında gül bitər,Dönüb baxmazsan gülə sən.Göz yorular, əsər dodaq,

Əl tutular, getməz ayaq.Qov sovrular, çaxmaz çaxmaq,Heç nəsən indən belə sən.

Görmürsənmi, ömür daşıb?!Ta, gün batıb, şər qarışıb.Yaşamaqdan bərk yapışıb,Dözüb qalmısan hələ sən.

Qoca sümüklərin sızlar,Sənə baxıb gülər qızlar.Bu dərdin bir çarəsi var,Gərək vaxtında öləsən.

Fevral, 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов