Bu yer məşğuldur
(Replika)
Çox işlənən bir sual-cavabdı bu!
Səndən soruşuram ki, bu yerdə oturmaq olar? Cavab verirsən ki, «bu yer məşğuldur». Canım, gözüm! Yer nə karadı ki, məşğul ola? Yer nəynən məşğul olar, necə məşğul olar? Yer cansızdır axı?
Məşğuliyyət canlıya aid sifətdir. Yer ya boş olar, ya dolu olar. Ya tutular, ya tutulmaz. Əlbəttə, söhbət elə bu yerdən gedir. (Torpaq yerdən getmir).
Bunun əsl cavabı da budur. Soruşsalar: «bu yerdə oturmaq olar?» De ki: «Bu yer tutulub».
Bəs, «bu yer məşğuldur» hardan gəlib? Rus dilindəki «Eto mesto zanyato» ifadəsindən.
Eşit, bil, qonşularına da de, bu yanlışdır! Bu ifadə üz çıxaran qara kağızla köçürülüb, guya çevrilib. Amma olduğu kimi qalıb, üzümüzü qara eləyib. Ola bilsin ki, onun dilində «yer məşğul ola» bilər. Amma sənin dilində məşğul ola bilməz.
Çox-çox əvvəllər «qarşı» sözünü yerində işlətməyənlərə qarşı 3 dəfə yazı yazdım. Sonra baxıb gördüm ki, 3 dəfə yox, 30 dəfə də yazsam bu millət elə öz dediyini deyəcək. «Bu uşağın anaya qarşı məhəbbəti var», «Mənim sənə qarşı sözüm var» və s. Bu cümlələrdə «qarşı» sözünə ehtiyac yoxdur. Amma hamı bu sözü işlədir. Məni təəccübləndirən budur ki, bu səhvi ən çox müəllimlər, ziyalılar, şairlər, aparıcılar eləyirlər.
Ona görə sən öz bildiyin dildə danış! Avropadan, Asiyadan, lar elə qonşun Rusiyadan sərhədi icazəsiz keçib bu taya axışan həyasız sözləri işlətmə! Onda sən dünyada dünyaca məşhur olan öz ana dilində danışacaqsan.
Sənin ana dilin dəniz kimi ucsuz-bucaqsızdı, dərindi.
Dünyada elə bir mətləb yoxdur ki, bu dilə sığmasın. Sənin ana dilin ən kamil bədii təşbehləri, ən çətin elmi istilahları özündə ehtiva edir. Bu dil, dünyanın ən zəngin dillərindən biridir. Dünyanın tən yarısında başa düşülür. Bu zənginlikdə, dilin ola-ola, sən niyə yad dillərdən söz götürürsən? Bu boyda xəzinəsi olan yadların qəpik-quruşuna qalıb məgər?!
Sənə lazım olan bütün sözlər öz dilində var. Sadəcə zəhmət çək, axtar!
«525-ci qəzet», 6 noyabr, 2007
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-bu-yer-mesguldur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Düşen senden ayru ne görür kıyâmetSeven özge hûbı ne bulur nedâmet
Qanmaq - qanmamaqBütün ömrüm boyu anlar kimiQəzetdən, kitabdan mən şirə çəkdim.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,