Böyük Sabirin «Qorxuram»şeirini bir də oxudum

Həmişə qoçaq olmaq çətindir bu dünyada,Hərdən bir də qorxaq olur adam.Bu gün mənə qorxaq deyiblər,Qorxaqlığı boynuma alıram.

Düzünü desəm,elə bu dünyaya gələndə qorxmuşam.Ağ-qara, isti-soyuq, acı-şirinsözlərinin dadını biləndə qorxmuşam.

Bəri başdan ağlayacağımı bilib,bir az çox güləndə qorxmuşam.Bir nankorun söz yarasından öləndəqorxmuşam.

İndi də qorxuram,üzü yuxarı enişə gedən yoldan,özü sağ ikən solaxay soldan.Yaxşını pisdən,qızılı misdənayıra bilməyən,gözü görə-görə kor olandan qorxuram.Özünə gərəkli sözləri eşidən,qalan vaxtda kar olandan qorxuram.Qara böhtandan,qırmızı tərifdən,ağ yalandan qorxuram.

Bir zaman yenilik olan,çıraq ilə axtarılan,İndi dərdə çevrilən,hər köhnə dərddən qorxuram.Sülhlə müharibə,Yaxşılıqla yamanlıqarasındakı tükcə sərhəddən qorxuram.Doğruya çəkilən çəpərdən,yalana qoyulmayan həddən qorxuram.Mərdi qova-qova namərd eləyənnamərddən qorxuram.

Həmişə qoçaq olmaq çətindir, bu dünyada,Hərdən bir də qorxaq olur adam.Bu gün mənə qorxaq deyiblər,Qorxaqlığı boynuma alıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов