Ürək
Bir yandan yorulmadanDamarlara güc vurur.Bir yandan can eviniKərpic-kərpic uçurur.
Döyünmək onun işi,Yorulub əldən düşür.Ürək – canın günəşi,Eşiyi nur, içi nur.
Acı sözdən yaralı…Qorxan kimi saralır,Qəmlənəndə qaralır,Sevinəndə uçunur.
İkitinlidir ürək –Ya sərt olur, ya kövrək.Ya ömrə olur dirək,Ya heç olur, puç olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-urek
Клавиши ← → для перехода, R — случайное стихотворение