Adamlar
Bir var – qəlbi qara, hisli adamlar,Bir var – adamların əsli adamlar.Ürəyi açıqlar korluq içində,Firavan dolanır gizli adamlar.Təmiz adamların başı üstədi,Dumanlı adamlar, sisli adamlar.Əlindən yapışıb gəzdirməlidi,Gözsüz adamları gözlü adamlar.Sevinən adamla sən də sevin ki,Sevinməz dodağı sözlü adamlar.Min illərdir yaxşı mənimsəyib,Mərifəti, fəhmi, fəzli adamlar.Susdun da sükutu mükafat aldın,Üzdədir həmişə üzlü adamlar.Fağır adamlara yanıq verirlər,Qızılla, gümüşlə süslü adamlar.Mənəmlik qovğası hələ bitməyib,Hələ də at sürür hirsli adamlar.
Yeri də, Göyü də xaraba qoyub,Dünyanın heçdə bir misli adamlar.
Düşmənə əyilməz, zülmə diz çökməz,Əsarəti qatlar dizli adamlar.
Vətən bir, millət bir, bir olsun gərək,Bölünməsin sizli-bizli adamlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-adamlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.