Qövsi-qüzeh
(Göy qurşağı)
Hər buludda dağ seli var,Hər buludda şəlalə var,Bir topası birdən-birədüşsə yerəağır olar,Çiçəklərin çatmaz gücü.Ona görəbilə-biləgilə-giləYağdı yağış,Nərgiz üçün, lalə üçün.
Yarpaqların üstündə şeh,Ləçəklərin üstündə şeh,İnci-inci kürələri,İncə-incə kürələriAtıb-tutub oynatdı meh.Birdən doğdu qövsi-qüzeh.Bilmədim ki,Göydən doğdu qövsi-qüzeh,Yerdən doğdu qövsi-qüzeh?Buludların qulağındanBir aypara sırğa kimiasıldı o.Çəmənlikdən dağa kimiyol saldı o,Naxış-naxış zərrələrdən,Donub qaldım yerimdə mən,Yaratdığı möcüzəniBəlkə görmür qövsi-qüzeh,Bəlkə görür qövsi-qüzeh?Bir lalədənBir laləyəNurlu körpü qövsi-qüzeh.Səma rəngli,Torpaq rəngli qövsi-qüzeh,Çörək rəngli,Yarpaq rəngli qövsi-qüzeh,
Yeddi rəngli qövsi-qüzeh,Nur çələngli qövsi-qüzeh.Elə bil ki, doğma, əziz,Yer kürəmiz,bir fincandırbüllür qulpu,qövsi-qüzeh.Arzu dolu,Qayğı dolu,sevinc dolubu fincanıGünəş tutub əllərində.Bir udum da mən içdim, mənO arzudan,O qayğıdan,O sevincdən.
Nə yaxşı ki, yağdı yağış,Neçə-neçə hikmət gördüm,Şəffaf suyun bölündüyüyeddi rəngdə,xəfif mehdə,inci şehdə.Ağır-ağır buludlarınQoruduğu gözəllikdə.
Bakı, 1961
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-qovsi-quzeh
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Üzündə busədən, ey gül, iki nişan yeri varÜzündə busədən, ey gül, iki nişan yeri var;Birində qırmızılıqdır, birində qan yeri var.
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.