Göy – ərəbcə səma,Əslində «Bəsmum-ma»,Yəni, su mədəni,Həyat mənbəyi.

Bir olan Allahın səltənəti –O uca göylər.Günəşin tüluu və qürubetdiyi yer.Bir də özləri fırlana-fırlanaDurduğu yerdə fırlanan –Günəşin başına dolanansəyyarələr.Daim hərəkətdə olan çox uzaq aləmlər –cazibə dünyası,Bir də ki, mələklərin yurd-yuvası,Ay və ulduzlar.Bir də dünyanın ab-havası:Yağış, dolu, qar.Hərdən qulaq cingildədən sakitlik –aydun, təmiz, üfüq,Hərdən də tufan qoparan dəli külək.Yorulmadan işləyən fələyin çarxı –Çərxi-fələk.Alın yazımız,Qışımız, yazımız,Acılı-şirinli günlərimiz,Arzumuz-ruzimiz.Uzanan əllərin,Oxunan duaların –Məbədi,Müqəddəs, əbədi –Səma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов