Olacaq
İndən belə bütün yazdıqlarımınƏvvəli-axırı İlkin olacaq.Sevincə bələnən şux misralarım,Hüznə bürünəcək, qəmgin olacaq.
Uçunar bu günə düşərsə hər kim,Bu dərdimə əlac tapmaz bir həkim.İndən belə mənim qəlbimə hakim –Ya qəzəb olacaq, ya kin olacaq.
Zaman da, tale də, hətta Allah da,Suçludur bu boyda haqsız günahda!Mənim indən belə çəkdiyim «ah»da,Ahdan çox təsəlli, təlqin olacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-olacaq
Клавиши ← → для перехода, R — случайное стихотворение