Keçəcəyin yol
Yolu keçəndə gəl, yel təki əsmə,Yolda daş da olur, kəsək də olur.Tələsən tələyə düşür, tələsmə!Əvvəl, gözünlə keç, keçdiyin yolu.
Qara sap kimidir, amma yeriyir –Qarışqa seçilmir qara asfaltdan.Qarışqa canlıdır, daş-kəsək deyil,Gözlə ha, qalmasın ayağın altda.
Püstə boyda daşın üstünə çıxsan,Adamı fırladıb yıxa bilərmiş,Ayağı altına adam baxmasa,Az qala heç nədən düşüb ölərmiş.
Bunda suçlu deyil kimsə, ya nəsə,Buna heç tale də deyilməz, dadaş!Kim ki, gedəcəyi yolu görməsə –Mütləq ayağına dəyəcəkdir daş!
May, 07.2007
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-kececeyin-yol
Клавиши ← → для перехода, R — случайное стихотворение