(Ümidimin yolayrıcında)

Dünyaya iki dəfə gəlib Orxanım –Bir martın 21-ində,bir də on yeddi ildən sonra –martın 15-ində.Bəzən bir insanBir ayda iki dəfə doğulur.Dünyada nə desən olur,Dünyanın nə vecinə, dünya öz işində!

İlin ən əziz axşamıBəxtimin güneyində novruzgülü açmışdıbirinci gəlişində.Kədərlərin ən acısını dadmışdımikinci gəlişində.Dünyada nə desən olur,Dünyanın nə vecinə, dünya öz işində!

Görən deyir: «Ovsanaya düşüb bir loxman».Ümidimin yolayrıcındaUğuruma çıxdı Mirzəxan-Loğman.Dayandı yolumun üstündə taletək;Bahar qanad gərdi, günəş çətir tutdu,Dirilik saçan barmaqlarına onun.Tərsinə fırlandı çərxi-fələk,Yarıda kəsildi qara oyun.Burda əli var Baharın da,Razılığı var Günəşin də!Dünyada nə desən olur,Dünyanın nə vecinə, dünya öz işində!

Sınandı bir daha qohum-qardaş,Dost-düşmən.Bu qədər qollu-budaqlı ikən,Birdən-birə qürbətə düşdüm mən.Qaldım dərdimlə baş-başa,İnandım salamların quruluğuna.Vəfasını gördüm, dilucu xoş-beşin də.

Dünyada nə desən olur:Dünyanın nə vecinə, dünya öz işində!Dünyaya iki dəfə gəlib Orxanım –Bir martın 21-ində,bir də on yeddi ildən sonra –martın 15-ində.Bəzən bir insanBir ayda iki dəfə doğulur.Dünyada nə desən olur,Dünyanın nə vecinə, dünya öz işində!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов