Paxıl olmamışam uşaq çağımdan,Paxıllığım tutur qoca görəndə.Ən böyük paxılmış təbiət özü,Gödəldir özündən uca görəndə.

Bir yandan Balanı atadan edir,Bir yandan mərhəmət, insaf öyrədir.Dağıtma yuvanı, ah-nalədir,Sındırma budağı haça görəndə.

Dünyanın günləri ağlı-qaralı,Tutmaz hər gələnin burda qərarı.Qəlbimin başını duman-qar alır,Beşgünlük dünyanı bica görəndə.

Dekabr, 1978

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов