Şirin başqa, acı başqa,Qardaş başqa, bacı başqa.

Barmaqların eyni deyil,Hər birinin ucu başqa.

Sayların da sırası var,Biri başqa, üçü başqa.

Üzünə bax, görəcəksən,Mulat başqa, zənci başqa.

İkisi də güllə atır,Əsgər başqa, qoçu başqa.

Peşələr də müxtəlifdir,Zərgər başqa, suçu başqa.

Bu qalaya diqqətlə bax,Tağı başqa, bürcü başqa.

İş axtaran camaatınToxu başqa, acı başqa.

Şəkilçilər də fərqlidir,«Lı, li» başqa, «cı, ci» başqa.Vaxt axır hey… Hər anın da,Tezi başqa, geci başqa.Təzadlıdır bütün aləm,Amma, bir şeyə məəttələm.Necə olur bir adamınÇölü başqa, içi başqa?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов