Bu zəmi hər ikimizin
Bu quyu – su quyusudu,Suyu – sənin, quyu – mənim.Bu dəniz də bizimkidir,Nefti sənin, suyu mənim.
Bir ocağın basındayıq,Odu – sənin, hisi – mənim.Bir yazılır umu-küsü,Umu – sənin, küsü – mənim.
Bu zəmi hər ikimizin,Buğda – sənin, saman – mənim.Nə çıxarsa rastmızaYaxşı – sənin, yaman – mənim.
Bir süfrədə kəsdiyimizÇörək – sənin, loxma – mənim.Bir küçədə yan-yanaşıSaray – sənin, daxma – mənim.
Bölünüldü qismətimiz,Bütöv – sənin, para – mənim.Günlərimiz də bir deyil,Ağ gün – sənin, qara – mənim.
Sevinc – sənin yol yoldaşın,Amma bu göz yaşı – mənim.Bir ölkədə vətəndaşıq,Vətən – sənin, daşı – mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-bu-zemi-her-ikimizin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Kinomexanikin bacısı(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Ayaması Düznəqulu olan bir qocanın «Min bir gecəsi»IBu əhvalat çoxdan olub,
Düznəqulunun səhrada azmasıI«Qoca baxdı əsasına,
Стихи других поэтов
(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
OlduAman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,
GəlirSallanaraq yüz nazinən,Dilbər-dilbər qızlar gəlir.
Sərv qaldı cilvədən sərvi-xuramanım görübSərv qaldı cilvədən sərvi-xuramanım görüb,Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.