Yey idi
Adəm ata behiştdəki almanı,Dərdiyindən dərməsəydi yey idi.Fələk mənə bu dünyanı, bu canı,Verdiyindən verməsəydi yey idi.
Pis adamdan bəri başdan həzər et!Nə sultan ol, nə Peyğəmbər, nə Həzrət.Ağız dişə, göz ağıza nəzərət,Göz nə gördü, görməsəydi yey idi.
Öz başıma bəla olub öz dilim,Öz körpümü yumaqdadır öz selim.Öz qalamı yıxmaq istər öz əlim,Ta əzəldən hörməsəydi yey idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-yey-idi
Клавиши ← → для перехода, R — случайное стихотворение