Bu sürahi məsələn bir sənəmi-rə’nadırKi, dəmadəm tərəbəngizü nişatəfzadır.

Sərvtək qaməti-dilcu ilə üşşaqfirib,Şəm’tək pərtövi-rüxsar ilə bəzmaradır.

Gülbüni-baği-tərəb, qönçeyi-gülzari-fərəh,Gül kim ondan açılır, cami-meyi-səhbadır.

Rəngi-zərdü meyi-sürxün görən eylər heyrətKi, xəzan içrə əcəb bu nə güli-həmradır.

Gah həmsilsileyi-aşiqi-xunindil olub,Boynu zənciri-cünün qeydi çəkən şeydadır.

Gah yüz aşiqi-şeydayı qılıb məstü xərab,Eyləməz hiç tərəhhüm, işi istiğnadır.

Bəzm üçün hər tərəfin türfə igidlər dutmuş,Sanasan xəl’əti-zərbəft ilə bir mirzadır.

Batini-safilə bir sufiyə bənzər ki, müdamSəcdəsində əsəri-sidqü səfa peydadır.

Kəhrübayi don ilən bir büti-sərkəşdir kim,Cilveyi-naz ilə şəh məclisinə ziybadır.

Ol şəhənşah ki, feyzindən umar kam müdam,Bəzmi-vəhdətdə əgər Xizrü, əgər İsadır.

Çakəri-çakəri fəğfur ilə xaqan oluban,Bəndeyi-bəndəsi İskəndər ilə Daradır.

Cəmü Cəmşid degil bəzmdə həmtası onun,Sərvəri-bibədəlü xosrovi-bihəmtadır.

Xani-adil həm onun pərtövi-iqbalındanBir əsər tapdı ki, sahibnəzərü binadır.

Nəş’eyi-zövq bulan cami-rizasından kam,Bəzmi-eşqində qamu ömr qədəhpeymadır.

Ey Füzuli, dünü gün eylə dua sidq ilə kim,Ola bu dövlətü iqbal ilə ta dünyadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные