İrişdi vəqt ki, fəsli-xəzani-nahəmvar,Qıla xünək hərəkatın müzahimi-əşcar.

Sipahi-bəhmənü dey laləvü gül əsbabın,Hücum eyləyibən qarət eyləyə nə ki, var.

Çəmən zəriflərin rəncidəxatir eyləməgə,Nəsimdən ola zahir süluki-nahəmvar.

Həva müxalifətindən tapılmaya mütləq,Mizaci-namiyədə e’tidaldən asar.

Səba lətafət ilən gülşən içrə sair ikən,Bula zəmani-səba tək təğəyyüri-ətvar.

Açub təərrüz əlin zəmhərir gülzarə,Nə bərg qala bu qarətdə busitanda, nə bar.

Xoş ol ki, duta bu mövsimdə guşeyi-üzlət,Tərəddüd etməyə mütləq qərarə verə qərar.

Hüzurilən girə bir küncə ibtidayi-xəzan,Sürurilən çıxa bir bağə ibtidayi-bəhar.

Arada bilməyə baranü bərfü bad nədir,Yetirməyə əsəri-dövr xatirinə qübar.

Ona rəfiq həman bir kitab ola, bir saz,Ona nədim həmin bir qədəh ola, bir yar.

Mənəm bunun kimi əyyamda sərasimə,Əsiri-dami-bəlavü sitəm, qəribi-diyar.

Nə seyr qılmağa pərgartək tənimdə təvan,Nə nüqtətək bir aradə oturmağa yer var.

Həzar qəm mütəvəcceh mənə, bu həm bir qəmKi, yoxdurur qəmi-dil zahir etməyə qəmxar.

Nə bir rəfiq ki, həmdərd olam məni-miskin,Nə bir təbib ki, dərdi-dil eyləyim izhar.

Xəzan içində qalan gül budağiyəm ki, həvaMənə şikəst verib qalmışam bürəhnəvü xar.

Kimi ki, dust dedim çıxdı düşməni-canım,Kimi ki, yar dedim oldu aqibət əğyar.

Bu fəqrilən ki, mənim rahətim durur müşkül,Bu halilən ki, mənim dirliyim durur düşvar,

Məgər mədəd qıla ol padişahi-kişvəri-elmKi, elmidir qamu əşyayə vaqifi-əsrar.

Şəhi-səriri-Nəcəf, afitabi-övci-şərəf,Əliyyi-aliyi-ə’la, qəsimi-cənnətü nar.

Ümid var ki, bir şəmmeyi-inayət ilən,Mücəddədən verə lütfi təsəlliyi-məni-zar.

Rəayətimi rücü’ edə pak nütfəsinə,Yeganə Seyyidi-ərşasitanü kuhvüqar.

Məhi-sipehri-səyadət Kəmuneyi-saniKi, surəti-Həqədir zati-paki ayinədar.

Büləndmərtəbəi kim, ülüvvi-qədrindənHərimi-dərgəhinə Cəbrəil bulmaz bar.

Əya, büləndnəzər, mahi-afitabəsərKi, rə’yi-pakin iləndir mürüri-dəhrə mədar!

Səfayi-məşrəbinə e’timad eyləyübən,Bir-iki nüktə bəyan eyliyim məni-əfgar.

Tənəffür eyləmə kim, bikəsəm məni-bikəs,Özümdür öz sözümü ərzə eyləyən naçar.

Şəha, mən istər idim bir zəvalsız sayəKim, onda olmaya mütləq məzərrəti-əşrar.

Sənə yetirdi məni hadiyi-rəhi-təhqiq,Dedi: – Budur ki, dilərsən, itirməgil zinhar!

Bu gün ümid ilə bir ömrdür ki, dərgəhinəBuraxmışam səri-ixlasü sidq leylü nəhar.

Ümid var ki, ümmidim olmaya hirman,Ümid var ki, iqbalım olmaya idbar.

Cəmii-əhli-cahana bu nüktə rövşəndirKi, müslüm əhli-səadətdirü şəqi küffar.

Təmami-zümreyi-islamə həm müqərrərdirKi, cümlədən yey olur ali-Əhmədi-Muxtar.

Bu həm mühəqqəq olubdur cəmii sadatəKi, sənsən Əhmədi-Muxtar nəslinə sərdar.

Dəlili-vazeh ilən vazeh oldu kim, sənsənGüzini-əhli-cahan, məlcəi-siğarü kübar.

Gərək ki, sən olasan cümleyi-cahana pənah,Gərək ki, sən olasan əhli-fəqrə istizhar.

Əgər təriqi-mürüvvət sənə həm olmasa rəsm,Həqiqətində vəfadan tapılmaya asar,

Əcəb yox eyləsəm ikrah əhli-iymandan,Cəmii-zümreyi-islamdan olub bizar,

Nəcəfdə bağlamayam Al xidmətinə kəmər,Gedib firəng diyarinə bağlayam zünnar.

Bəlalərin çəkübən dönməyib təriqindən,Dutub təriqi-süluki-mühacirü ənsar.

Məni təriqinə ixlasi-pakü sidqi-dürüstÇəkibdürür ki, sənə candan etmişəm iqrar.

Əgər günah isə ixlasim, eyləyim tövbəVə gər xəta isə sidqim, qılayım istiğfar.

Əgər qəbul və gər naqəbul, xidmətinəÖzümü mən sanıram bir kəminə xidmətkar.

Əgər təriqeyi-xidmətdə qılmışam təqsirVə gər qapında tapıb bəhrə, etmişəm inkar,

Mənə həram ola rahət ki, tapmışam səndənVə gər nə xəsmə müvəkkil mühəymini-cəbbar.

Şəha, Füzuliyi-üftadə xaki-rahindir,Həmişə nəqdi-həyati sənin yolunda nisar.

Demə, ki, mülkə həvəs edə, yoxsa malə təmə’Nə mülkü malə baxar dideyi-ülul-əbsar.

Əsiri-dami-bəladır və gər nə ziyvər üçünTəvəccöh etsə, degil ona dari-dünya dar.

Müdam ta fələki-tizgərd dairdir,Həmişə ta ki, tapar əmri-aləm istimrar,

Səni ki, cümleyi-aləmdə fərdi-kamilsən,Pənahi-əmnü əmanında saxlasın Səttar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов