Bir gündəxi ol bəhanəpərdazBir özgə bəhanə qıldı ağaz:

Bağladı iki gözün ki, kurəm,Əhvali-cəhanə bişüurəm.

Ərz eylədi zə'fü binəvalıq,Ev-ev gəzib eylədi gədalıq.

Təqribilə əzmi-yar qıldı,Leyli evinə güzar qıldı.

Ol dusta zahir eyləyib raz,"Ya dust!" deyib, yetirdi avaz.

Leyli ki, eşitdi ol sədayı,Bildi eşigindəki gədayı.

Evdən çıxıb etdi ərzi-didar,Qıldı sədəqə zəkati-rüxsar.

Pünhan baxıban ol afitabə,Məcnun yenə gəldi bu xitabə:

"K'ey xali-siyahı göz səvadı,Can arizusn, könül muradı!

Gər bağlı isə gözüm rəvadır;Sərçeşmeyi-ləcceyi-bəladır.

Bənd eyləməsəm önün dəmadəm,Seylabə gedər təmami aləm.

Göz kim, seni eyləyib nəzarə,Rüsva qılır əhli-ruzigarə,

Təhqiq edibəm ki, düşmənindir,Mən qıydım ona, riza sənindir.

Dərgahinə bağladım gətirdim,Baş üzrə əyağına yetirdim.

Ey qəmzəvü lə'li şəhdü şəmşir,Xah əfv elə onu, xah tə'zir.

Dərgahinə gəldigimdə, ey hurSərmayə idi gözümdəki nur,

Ögrətdi mənə qəmin ticarət,Yüz şükr ki, qılmadım xəsarət.

Göz nurini xaki-payə verdim,Az cinsimi çox bəhayə verdim.

Şahim, nəzər et məni-gədayə,Biganəlik etmə aşinayə!

Can bağına qəm nihalı dikdin,Tən mülkünə dərd töxmü əkdin!

Ol töxmü nihalə nəf hasilOldu nəmi-əşkü suzişi-dil.

Gəl mülkünə, bağına güzər qıl,Məhsulü mənafeə nəzər qıl".

Bunu deyib ol qəribü heyranTutdu rəhi-badiyə kəmakan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов